“ÇERNOBIL ACISI…” – Deputat yazır – FOTOLAR

 İllər keçir, amma acıları bitmir…

Düz 31 ilöncə 8 minə yaxın azərbaycanlı – çoxu gənc olan vətəndaşımız Çernobıl qəzasının nəticələrinin aradan qaldırlmasında iştirak etmək üçün bu bölgəyə yollandı. Və hamısı şüalanmaya məruz qalaraq döndü ölkəmizə…

Çoxu gəncdi, bir çoxunun övladları dünyaya müxtəlif xəstəliklərlə gəldi və ya sağlamlıqlarında problemlər oldu; bir çoxu dünyasını dəyişdi. Bu gün 4900-dən bir az çox Çernobıl əlilli qeydiyyatdadır və onlar ölkəmizin müxtəlif bölgələrində yaşayır. Bir neçə gün öncə onlarla görüşdük, söhbət etdik və təbii ki, qayğıları ilə maraqlandıq. Bir neçə əsas xahişləri oldu Çernobıl acısını yaşamış soydaşlarımızın.

cernobil

– 1.Bu gün də 600-ə yaxın Çeronıbıl əlili ev növbəsindədir. Olaydan 31 il keçib və təbii ki, məruz qaldıqları şüalanma səbəbindən bir çox Çernobıl əlili vəfat edirb, onlar vəfat etdiyi zamanı Çernobıl əlillinin imtiyazlı ev növbəsi ailəsinə keçmir. Bu insanların bir çoxu kasıb yaşayır, maddi imkanları aşağıdır və mənzil onların ən ciddi problemidir. Ev növbəsi əsasında evləri 1-2 ilə yoxsa 5-6 il sonramı alacaqları bilinmir. Ona görə də xahiş edirlər ki, Qarabağ müharibəsi əlilləri kimi onlar da dünyasını dəyişdikləri zaman imtiyazlı ev növbəsi ailələrinə verilsin. Onların bu xahişlərinin həm qanunverici orqan həm də müvafiq qurumlar tərəfindən mütləq dəyərləndirilməsi lazımdır.

-2.Ev növbəsində dayanan Çernobıl əlillərinin mənzil problemi onlar üçün ən ağır məsələdir və mənzillə təmin olunmaları prosesində yaranmış ləngimə onları daha da narahat edir;buna görə də, hər il ənazı 50-60 ailənin evlə təmin olunmasını istəyirlər. Hətta, bu minvalla belə növbədə dayananların hamısı yalnız 10 il sonra evlə təmin edilmiş olacaq. Öncəlik isə ən ağır durumda olan ailələrə verilsin deyə təmənna edirlər, təbii.

-3.Çernobıl əlillərinin doğulan övladları hər zaman sağlıq problemləri ilə üzləşib; onlar dövlət universitetlərində ödənişli əsaslarla oxuyan övladlarının təhsil haqlarından azad olunmasını istəyir. Belə uşaqların sayı çox olmadığından təhsil haqlarından azad edilən qruplar arasında onlarında olması müsbət addım olardı.

-4.Çernobıl əlillərinin çox gözlədiyi layihə radioloji tipli reabitasiya mərkəzinin tikintisi ilə bağlıdır.Bu onlar üçün ən vacib məsələlərdən biridir. Onlara qaldırdıqları təkliflərin bəzilərini Milli Məclisdə səsləndirməyə, bəziləri ilə bağlı isə müvafiq qurumlara rəsmi müraciət edəcəyimizə söz verdik. Ümid edirəm, hər zaman dövlətimizin, dövlətçiliyimizin yanında olan, yaşadıqları acılara baxmayaraq, bir çoxları sonra ərazi bütövlüyümüz uğurunda da mübarizə aparan Çernobıl əlillərinə bu günə qədər olduğu kimi bundan sonra da dövlət dəstəyi artan xətlə davam edəcək. Tanrı hər zaman yardımçıları olsun!

cernobil-1

P.S Çernobıl əlillərinə dəstək olan Sağlamlığın Qorunması İctimai Birliyinə və Veysəloğlu şirkətinə təşəkkürlər. QHT və iş adamlarımız hər zaman onların yanında olmalı və ehtiyacı olan Çernobıl əlillərimizə əlimizdən gələn dəstəyi cəmiyyət olaraq hamımız daha çox göstərməliyik.

Qənirə PAŞAYEVA,

Millət vəkili

Etikxeber.az

Read Previous

“Ürəkdəki qabar yerindədir…” – DEPUTAT AŞPA-DAN BELƏ SƏSLƏNDİ

Read Next

“Bəzi həmkarlarım ehtiyat edir ki…” – MUSA QULİYEV – YENİLƏNİB (7)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir