Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
2018-ci il futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan və Çexiya milli komandaları arasında keçiriləcək matça hakim təyinatları müəyyənləşib.
Etikxeber.az xəbər verir ki, UEFA oktyabrın 11-də baş tutacaq qarşılaşmanı sloveniyalı hakimlər briqadasına həvalə edib.
Ostrava şəhərində keçiriləcək görüşdə baş hakim Matey Yuq olacaq. Ona Tomaş Klançnik və Manuel Vidali kömək edəcəklər. Matçda 4-cü hakim funksiyasını Mitya Zqaneç yerinə yetirəcək.
Qeyd edək ki, oktyabrın 11-də Ostrava şəhər stadionunda oynanılacaq matç saat 22:45-də başlanacaq.
Etikxeber.az