Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Şamaxı rayonunun (həm də Bakının Müşfiqabad qəsəbəsinin) İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Ceyhun Orucovun valideynləri-anası Nəzimə Orucova və atası Namaz Orucov tərəfindən bu gün-30 iyul 2024-cü il tarixində Məhərrəmlik ayı ilə bağlı Şəhidlərin xatirəsinə məclis və ehsan süfrəsi təşkil olunub.
Məclis Müşfiqabad qəsəbəsində yerləşən “Nəzrin” şadlıq sarayında baş tutub.
Saat 13:00-da başlayan məclis dörd saatdan çox davam edib.
Məclisdə, ehsan süfrəsində öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.
Sonra Şəhidlərin ruhlarına dualar edilib, “Quran” oxunub.
Daha sonra məclisdə çıxışlar edilib.

Şəhid Ceyhun Orucovun valideynləri-Nəzimə Orucova və Namaz Orucov, eləcə də digər Şəhid anaları və ataları, Qazilər, ziyalılar çıxışlar ediblər.
Şəhid Ceyhun Orucovun valideynləri hər kəsə, onların dəvətinin qəbul edib məclisə gələn qonaqlara, xüsusilə, Şəhid ailələrinə minnətdarlıqlarını ifadə ediblər.
“Bu məclisi, ehsan süfrəsini də öz halal pulumuzla, kimsənin köməyi, dəstəyi olmadan təşkil etmişik. Şəhid balamın timsalında cəmi Şəhidlərimizin ruhları şad, məkanları cənnətlik olsun! Nə etsək də, onların borundan çıxa bilmərik”-deyə, Nəzimə Orucova dilə gətirib.
Məclisdə həmçinin, Şəhidlərə, Vətənə həsr olunmuş mahnılar ifa edilib, şeirlər səsləndirilib.
Eyni zamanda, Şəhid Ceyhun Orucovun ailəsi adından bəzi şəxslərə, qonaqlara hədiyyələrə, diplomlar, plaketlər təqdim olunub.
Məclisdə-ehsan süfrəsində Şəhidin ailə üzvləri, Bakı, Şamaxı, Qobustan, Beyləqan, Tərtər, İsmayıllı, Naxçıvan Muxtar Respublikası (NMR) və digər bölgələrdən olan Şəhid ailələri, müharibə veteranları, Qazilər, ziyalılar, din xadimləri və digər şəxslər iştirak ediblər.
Etikxeber.az xəbər verir ki, Ceyhun Orucov 1996-cı ilin dekabr ayının 17-də Şamaxı rayonunun Nağaraxana kəndində sadə bir ailədə dünyaya göz açıb.
Ailənin iki övladından biri, tək bacının tək qardaşı olub.
2003-2014-cü illərdə A.S.Qəhrəmanov adına Nağaraxana kənd tam orta məktəbində təhsil alıb.
2015-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.
2015-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib.
Hərbi xidmətdən sonra Ceyhun Orucov həyatını yenidən Ordu, hərb ilə bağlayıb.
Peşəkar hərbçi kimi Gizir hərbi rütbəsini daşıyıb.
2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində Gizir hərbi rütbəsində fəaliyyət göstərməyə başlayıb.
2020-ci il sentyabrın 27-də isə İkinci Vətən Müharibəsinə qatılıb.
Şərəfli döyüş yolu 4 gün çəkib, sentyabr ayının 30-da Füzuli döyüşləri zamanı şəhid olub.
Ancaq nəşi düz bir aydan sonra əldə edilib və oktyabr ayının 30-da Şamaxı Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Şəhidliyindən sonra medallarla və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
O, həm də subay olub.
Məkanı cənnətlik, ruhu şad olsun!
Nur içində yatsın!
***
FOTOLAR:

















20:00
***








21:00
***










21:50
***























Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az