“Ciddi problemlərim, daha ciddi müalicəyə ehtiyacım var, amma köməklik olunması üçün etdiyim müraciətlər hələ də cavabsız qalır…”-QAZİ QAFUR HÜSEYNLİ – FOTOLAR

Tarixi İkinci Vətən Müharibəsinin İgidləri, Dastan yazan Qəhrəmanları arasında əslən Biləsuvarlı Qafur Hafiz oğlu Hüseynli də var.

Qafur 1995-ci ilin oktyabr ayının 22-də Biləsuvar rayonunun Çaylı kəndində sadə, zəhmətkeş bir ailədə dünyaya gəlib.

Orta məktəbi bitirdikdən də sonra, 2013-cü ildə həqiqi hərbi xidmətə çağırılıb və Naxçıvan Muxtar Respublikasında-ordu hissələrindən birində hərbi xidmət keçib.

Hərbi xidmətini başa vurduqdan bir müddət sonra, daha doğrusu, 23 oktyabr 2016-cı ildə gizir və tank komandiri olaraq, yenidən Ordu sıralarına yazılıb, hərbçi kimi, xidmətə başlayıb.

İgidimiz İkinici Vətən Müharibəsinin ilk günündən, ilk saniyəsindən də cəbhənin ən ağır nöqtələrində olub.

Tərtər-Ağdərə, Talış-Suqovuşan istiqamətlərində döyüşüb, vuruşub, qəhrəmanlıqlar, igidliklər nümayiş etdirib.

Talış-Suqovuşan istiqamətində, oktyabrın ayının 21-də ağır döyüşlərdən birində isə sağ ayağından ağır şəkildə yaralanıb, barmağının biri travmatik şəkildə qopub.

Həmçinin, kəllə-beyin travması, kontuziya alıb.

Əməliyyatdan, uzun müddət müalicə-müayinələrdən keçib.

Qazimizin İgidliyi, Qəhrəmanlığı dövlətimiz, Ali Baş Komandan tərəfindən də dəyərləndirilib, “Cəsur döyüşü” medalı ilə təltifləndirilib.

Evli, ailəli olan Qazimiz hazırda da müaliciəsini davam etdirir, çünki səhhəti hələ də tam düzəlməyib, yaxşı deyil.

Daha ciddi müalicəyə ehtiyacı, həmçinin, digər şəxsi-maddi problemləri var.

Ancaq çox təəssüflər olsun ki, müalicəsinin xərclərinin qarşılanması, ona maddi köməklik göstərilməsi YAŞAT-a etdiyi müraciətlər nəticəsiz qalıb.

Bugünədək adıçəkilən Fonddan Qazimizə heç bir maddi köməklik göstərilməyib və bunun düzgün, əsaslı izahatı da verilməyib.

Qazimiz isə ona göstərilən belə laqeyd və biganə münasibətdən çox narazıdır.

O, daha ciddi şəkildə müalicə olunması üçün YAŞAT tərəfindən ona maddi köməklik göstərilməsini istəyir.

Bəli, haqqıdir və haqqı olanı da tələb edir.

İnanırıq ki, gec də olsa, haqqını alacaq, YAŞAT tərəfindən Qafura da gərəkən həssas münasibət, diqqət göstəriləcək və maddi yardım ediləcək.

Allah Qazimizə Yar və Yardımçı olsun!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Vaxt yetişib-dünyada sözünü keçirəcək birlik-Türk birliyi nümayiş etdirməliyik”-MİLLƏT VƏKİLİ YAZIR

Read Next

Daha 2021 yeni yoluxma-DAHA 29 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir