“Cılız hisslərdən uzaq olaq” – DEPUTAT SEYİDOV, QAFAROVA VƏ FƏTƏLİYEVANIN MÜDAFİƏSİNƏ QALXDI

Böhtanın dəhşəti ondadır ki,onun ədalətsizliyinin qurbanı günahsız adam olur və bu ədalətsizliyi iki nəfər həyata keçirir. Böhtanı yayan və böhtana inanan.

Heredot.

Bütün şüurlu həyatım boyu həmişə çalışmışam ki, harada yaşamağından, işləməyindən asılı olmayaraq, xalqımızın nümayəndələri cılız, xırda hisslərlə yaşamasınlar.

Hər bir vətəndaşımız öz gündəlik həyatında,şəxsi nümunə göstərərək dedi qodudan,şaiyə, böhtandan uzaq olsunlar, cəmiyyətin mənəvi saflaşmasına töhfələrini versinlər.

Əks halda, sosial şəbəkələrin, müxtəlif kütləvi informasiyalarının yaratdığı məlumat dalğasında nəyin doğru,nəyin əyri olduğunu ilk baxışdan müəyyənləşdirmək adi insanlar üçün çətin olur.

nasib-1024x561

Bu günlərdə Bakı Slavyan Universitetində Yevgeni Primakovun 90 illik yubileyi ilə bağlı keçirilən tədbirdə, guya ki, MM-in üzvləri Səməd Seyidov,Sahibə Qafarova və Sevinc Fətəliyeva iştirak etmişlər.

Tədbirin keçirilməsi, məqsədləri və yaxud təşəbbüskarının kim olması ilə əlaqədar, hər hansı məlumatım olmadığı üçün konkret fikir söyləmək mənim üçün çətindir.

Amma fakt ondan ibarətdir ki, həmin tədbir ictimaiyyət arasında müəyyən rezonans yaratdı və həmkarlarımızdan heç biri orada iştirak etməyib.

Düşünürəm ki, insanların səmimi hissləri ilə oynayaraq, uzun illər sədaqətlə Azərbaycan dövlətçiliyinə xidmət edən, ölkəmizi beynəlxalq təşkilatlarda təmsil edən ziyalı insanları kütləvi tənqid atəşinə tutmaq və bəzi hallarda təhqir etmək yol verilməzdir.

Mən onları deputat seçilmməmişdən çox əvvəldən tanımışam və hər birinin süni vətənpərvərlikdən uzaq, yüksək əxlaqi, mədəni keyfiyyətlərin daşıyıcısı olduqlarını deyə bilərəm.

Cənablar, yaddan çıxartmaq lazım deyil ki, həyatda nə edirsənsə, bumeranq effekti verir.

Gəlin cılız hisslərdən uzaq, ədalətli olaq.

Nəsib MƏHMƏLİYEV,

Millət vəkili

Etikxeber.az

Read Previous

Sahibə Qafarovadan da – ETİRAZ GƏLDİ: “NİYYƏTLƏRİNƏ ÇATMAYACAQLAR”

Read Next

“Elnur Rzayevi yaxşı tanıyıram, yaxın dostumdur…” – MİLLƏT VƏKİLİ SON TƏYİNATLAR BARƏDƏ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir