Çin 50 milyon futbolçu yetişdirəcək

“Çin 2025-ci ilə qədər ölkədəki futbol akademyasının sayını 50 minə çatdırmağı planlaşdırır”.

Etikxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda Çin Futbol Federasiyasının prezidenti Vang Dengfeng mətbuata açıqlamasında belə deyib.

Belə ki, federasiyasının prezidentinin sözlərinə görə, 2020-ci ilə qədər futbol akademyasının sayını 20 minə, 2025-ci ildə isə 50 minə çatdırmağı qarşılarına məqsəd qoyublar:

“Hər akademiyada ortalama min nəfərə təhsil veriləcək. Bunun nəticəsində 50 milyon futbolçunu yetişdirməyi planlaşdırıblar” – deyə, o, əlavə edib.

Qeyd edək ki, FIFA-nın reytinq cədvəlində 86-cı pillədə qərarlaşan Çinin hədəfi futbol sahəsində super gücə sahib olmaqdır.

Etikxeber.az

Read Previous

Düşmənin artilleriya atəşi nəticəsində Azərbaycan əsgəri şəhid oldu

Read Next

Avropa Liqasında 1/16 final mərhələsinin cavab oyunlarına start veriləcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir