Çin klubu Messi ilə maraqlanır

Çinin “Xebey Çayna Forçun” komandası “Barselona”nın forvardı Lionel Messini heyətinə qatmaq istəyir.

Etikxeber.az xəbər verir ki, Asiya klubu Messiyə 5 illik müqavilə təklif etməyə hazırdır. Buna əsasən onun məvacibi vergiləri çıxdıqdan sonra ilinə 100 milyon avro olacaq.

Xatırladaq ki, “Barselona” futbolçuya yeni müqavilə təklif etməyi planlaşdırır. Yeni müqaviləyə görə, futbolçunun məvacibi 35 milyon avro təşkil edəcək.

2010-cu ildə təsis edilən Xebey klubunda Esekiel Lavessi , Jervinyo , Stefan Mbia və Qael Kakuta kimi futbolçular çıxış edir. Komandanın baş məşqçisi isə Manuel Pelleqrinidir.

Etikxeber.az

 

Read Previous

Əliyev: Bu, Azərbaycan-ABŞ və Azərbaycan-NATO əməkdaşlığının əhəmiyyətli hissəsidir – YENİLƏNİB

Read Next

Xəzərdə qəza baş verən ərazidə tapılan budka sudan çıxarıldı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir