Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişikliklər-YENİDƏN MÜZAKİRƏLƏRDƏ

Bu gün Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirildi.

 Etikxeber.az xəbər verir ki, MM Sədrinin birinci müavini, komitənin sədri Əli Hüseynli bildirdi ki, bugünkü iclas ölkə Prezidentin qanunvericilik təşəbbüsü ilə təqdim olunmuş Cinayət və İnzibati Xətalar məcəllələrinə təklif olunan dəyişikliklərlə bağlı ictimai müzakirələrə həsr olunub:

“Bildiyiniz kimi, bu dəyişikliklər “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Prezidentinin 3 aprel 2019-cu il tarixli Fərmanının icrası ilə əlaqədardır, ölkəmizdə cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə tədbirləri davam etdirmək məqsədilə hazırlanıb. Dəyişikliklər birinci və ikinci oxunuşda Milli Məclisin iclasında ətraflı müzakirə olunub, deputatlar, xüsusilə də məruzəçi Kamal Cəfərov dəyişikliklərin mahiyyəti barədə fikirlərini bildiriblər. Ona görə də bu ictimai müzakirələr zamanı işçi qrupu ilə birlikdə əsasən üzərində israr olunan məqamlar barədə danışacağıq və bir sıra suallara aydınlıq gətirəcəyik”. 

Əvvəlcə iclasda deputatlar Rəşad Mahmudov Aydın Hüseynov təcili tibbi yardımda çalışan tibb işçilərinin təhlükəsizliyinin təmin edilməsi və büdcə vəsaitlərinin qorunması ilə bağlı fikirlərini bildirdilər.

Sonra Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Ceyhun Kazımov qanun layihəsinin ötən oxunuşları zamanı deputatların plenar iclasda səsləndirdikləri fikirlərə münasibət bildirdi, bir sıra məsələlərə aydınlıq gətirdi.

İclasda komitə üzvləri Qüdrət Həsənquliyev, Erkin Qədirli, Tahir Kərimli, Əminə Ağazadə, Bəhruz Məhərrəmov, Sabir Hacıyev, Nurlan Həsənov, hüquq mühafizə orqanlarının və ictimaiyyətin nümayəndələri  Cinayət və İnzibati Xətalar məcəllələrinə təklif olunan dəyişikliklərlə bağlı fikirlərini bildirdilər, ölkəmizdə cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə həyata keçirilən tədbirləri yüksək qiymətləndirdilər.

Bununla da Cinayət və İnzibati Xətalar Məcəllələrinə dəyişiklik edilməsi haqqında qanun layihələri ilə bağlı ictimai müzakirələr başa çatdı.

Etikxeber.az

Read Previous

Daha 39 yoluxma faktı qeydə alındı-OPERATİV QƏRARGAH

Read Next

“Azərbaycanın Rus ordusu tərəfindən işğalının 100-cü ilidir…Sınmadıq, əyilmədik! Və qalib gəldik!”-JALƏ ƏLİYEVA 28 APREL İŞĞALINDAN YAZDI, NURƏNGİZ GÜNÜN MƏŞHUR ŞEİRİNİ PAYLAŞDI…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir