Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün Milli Məclisin (MM) Hüquq siyasəti və Dövlət quruculuğu komitəsinin onlayn iclasında Prezident İlham Əliyev tərəfindən cəza siyasətinin humanistləşdirilməsi və cəzaların dekriminallaşdırılması ilə bağlı təqdim edilən Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişikliklərlə bağlı layihəyə baxılıb.
Etikxeber.az xəbər verir ki, bunu adıçəkilən komitənin üzvü Kamal Cəfərov deyib.
O, bildirib ki, komitənin onlayn iclasında plenar iclasda millət vəkillərinin səsləndirdiyi təkliflər müzakirə olunub:
“Komitə iclasında başqa maddələrin də dekriminallaşdırılması, həmçinin bəzi məsələlərlə bağlı humanistləşdirmənin tez ola biləcəyi ilə bağlı fikirlər də səsləndirildi. Ümumi rəy ondan ibarətdir ki, Prezident tərəfindən indiki mərhələdə belə bir layihənin təqdim edilməsi xüsusi əhəmiyyətə malikdir, böyük humanist bir addımdır. Çünki bu layihənin qəbulu və tətbiqi nəticəsində minlərlə şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi və ya cəzasının yüngülləşdiriləcəyi proqnoz edilir”.
Millət vəkili qeyd edib ki, layihə ikinci oxunuşda MM-in növbəti plenar iclasına tövsiyə edilib.

Etikxeber.az





