“Cinayət Məcəlləsinə ictimai mənəviyyat əleyhinə cinayətlər fəsilinə, Şəhid adının alçaldılması adlı maddənin əlavə olunması, şəhid adına hörmətsizliyə görə cinayət məsuliyyətinin müəyyən edilməsini təklif edirəm”-BƏHRUZ MƏHƏRRƏMOV DAHA HANSI ÖNƏMLİ TƏKLİFLƏRLƏ ÇIXIŞ ETDİ?

Prezident İlham Əliyev ötən həftə BMT-nin İqtisadi və Sosial Komissiyasının sessiyasında Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmlərinin hazırlanması barədə təşəbbüs irəli sürməklə bir daha göstərdi ki, Azərbaycan artıq lokal yox qlobal oyunçudur. Rəsmi Bakının qlobal təşəbbüsləri artıq heç kimdə sual doğrumur, çünki, 2020-ci il ərzində Azərbaycan pandemiya ilə mübarizədə beynəlxalq səylərə rəhbərlik edərək BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsinə, BMT-nin İnsan Hüquqları Şurasında isə vaksinlərə bərabər çıxışı ilə bağlı qətnamənin qəbuluna nail olnmuşdu. Baxın, 7 ay öncəyədək işğala, təzyiqlərə məruz qalan bir dövlətdən qlobal təşəbbüskara çevrilmişik.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Bəhruz Məhərrəmov parlamentdə çıxışı zamanı dilə gətirib.

Millət vəkili sonra bunları bildirib:

“30 il işğalın qorxunc təsirinə məruz qalmış ərazilərimizdə bu gün ağlı kənd və şəhər quruculuğuna başlamışıq. Budur dəyişən reallıq, budur yeni Azərbaycan. Biz indi daxili siyasi prosesləri təhlil edərkən, hansısa problemi qabardarkən məsələlərə cənab İlham Əliyevin yaratdığı bu yeni reallığın prizmasından yanaşmalıyıq. İşğala son qoymuş, milli qisasımızı almış, bizi qlobal oyunçuya çevirmiş şəxs kimi prezident İlham Əliyev yalnız dövlət rəhbəri yox həm də artıq milli dəyərdir və bu dəyərə sahib çıxmalıyıq. Düzdür, Sorosdan maliyyələşən, yaxud kənardan tezis alanlar, hətta ən kritik məqamlarda belə həmrəylikdən yayınanlar üçün milli dəyər anlayışı yoxdur, bir təfəkkür var ki, “necə hakimiyyətə gəlim və yenə necə bu ölkəni rəzil edim,”, Xalqımız bu təcrübəni yaşayıb. Zamanında təəssüf ki, bəzi üzdəniraqlara meydan verildi və bu xalqı bəlalardan qurtaran bir liderə, Heydər Əliyevə qarşı elə parlamentdəcə ləyaqətsizcəsinə davranış nümayiş etdirildi.

Mən hesab edirəm ki, bu gün parlament olaraq imkan verməməliyik ki, bir daha artıq bu ölkənin dəyərlərinə antimilli ünsirlər əl və dil uzatsın. Dəyərlərimizdən söz düşmüşkən, bu günlərdə şəhidlərə uzanan dillərin də qanunun gücü ilə kəsilməsi vacibdir. Bu məqsədlə Cinayət Məcəlləsinə İctimai mənəviyyat əleyhinə cinayətlər Fəsilinə, Şəhid adının alçaldılması adlı maddənin əlavə olunması, şəhid adına hörmətsizliyə görə cinayət məsuliyyətinin müəyyən edilməsini təklif edirəm. Hesab edirəm ki, qanunda konkret preventiv imkanın mövcud olması bu kimi lazımsız davranışlara qarşısının alınmasında ciddi rol oynayacaq. Hörmətli sədr, Fürsətdən istifadə edib seçicilərimin qaldırdığı bir məsələyə də diqqət çəkmək istəyirəm. Hələ yaz olmasına baxmayaraq, artıq Biləsuvarın bir sıra kəndləri – Yuxarı Cürəli, Ağalıkənd, Çinarlı, Aranlı, Təzəkənd, Ovçubərə, Dərvişli, İsmətlinin və Bəydilinin bir hissəsi yenidən həm içməli, həm suvarma su təminatı ilə bağlı problemlərlə üz-üzə qalıb.

Məsələ köklü həll olunmalıdır, Bütün payız və qış boyu Cənub Muğan kanalı da, Bolqarçay da boş-boşuna axıb gedib, əgər bizim Bolqarçay su anbarı zamanında təmir olunsaydı, bu su 2 fəsil ərzində israf olunmazdı. Ona görə də hökumət strukturlarından bir daha xahiş edirəm, Bolqarçay su anbarının təmiri məsələsini tezləşdirsinlər. Çünki, Biləsuvar pambıqçılıq rayonudur, insanların güzəranı torpaqdan çıxır. Bəli büdcə üçün yük ola bilər, amma sizi əmin edirəm, Bolqarcay su anbarına qoyulan vəsait ən qısa zamanda özünü doğruldaraq, əli qabarlı biləsuvar kəndlisinin zəhnməti sayəsində artıqlaması ilə büdcəyə geri dönəcək”.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

MM-in iclası-FAZİL MUSTAFADAN ÇOX ÖNƏMLİ TƏKLİF, MÜŞFİQ CƏFƏROV HƏRBİ QULLUQÇULARLA, MƏLAHƏT İBRAHİMQIZI DİN XADİMLƏRİ İLƏ BAĞLI TƏKLİFLƏR SƏSLƏNDİRDİ… – YENİLƏNİB – (3)

Read Next

Müğənni Aslan Hüseynov yol qəzasında-DÜNYASINI DƏYİŞDİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir