Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI

Bu gün dünya iqtisadçılarının, iri korporasiyalarını düşündürən bir sual var.
Baş vermiş virusdan öz şirkətimizi və iqtisadiyyatımızı necə qoruya bilərik. Çin dünya iqtisadıyyatında ən ön sıralarda dayanır və dünyada təchizatçı rolunu oynayır. Çində baş verən hər hansı iqtisadi geriləmə dünyanın hər bir ölkəsinə təsir edəcəkdir.
Çinin Wuhan şəhərindən yayılan virus bütün ölkəni cənginə almışdır. Artıq yalnız Çin şirkətləri deyil, dünyanın qlobal şirkətləri də virusla bağlı tədbirlər görürlər. Xüsusən vurğulamaq istərdim ki, bəzi şirkətlərin bunu xüsusi fəallıqla etməsi dünyada Çinin güclənməsini istəməyən dövlətlərin maraqlarına xidmət edir. Çinin Xarici İşlər Nazirliyinin sözcüsü də bu məqamı xüsusi qeyd etmişdir. Belə ki, virusun yayılma xəbəri çıxan günü artıq ABŞ öz ərazisinə Çin vətəndaşlarını səfərlərini dayandırmağa çağırmış və psixoloji basqı göstərmişdir.
Bu gün Starbucks, İKEA kimi mağazalar şəbəkəsi qapadılmış, dünyanın qabaqcıl hava nəqliyatı şirkətləri uçuşları təxirə salmışdır. İngiltərə hava yolları şirkəti olan British Airways, 29 yanvar səhəri koronavirusun baş verməsi səbəbiylə Çinə bütün birbaşa uçuşları dayandırdığını açıqladı. Bundan əvvəl Çinə uçuşlar United Airlines, Air Canada və Cathay Pacific Airways tərəfindən qismən ləğv edilmişdi. Eyni zamanda Almaniyanın Lufthansa aviaşirkəti, İsveçrə və Avstriya Hava Yolları Çinə uçuş və geri uçuşlarını fevralın 9-dək, Azərbaycan hava yolları şirkəti AZAL isə Çinə uçuş və geri uçuşlarını təxirə salıb.
Bütün bunlarla yanaşı qeyd etmək lazımdır ki,sözsüz ki ən çox zərər yenicə YENİ İLDƏN qayıtmış Çin şirkətləri görürlər.Bu gün mənfi təsir həm real iqtisadiyyata, həm də maliyyə bazarında özünü biruzə verir. Çin şirkətlərinin istehsala gec başlamaları, eyni zamanda şirkətlərin yeni ildən əvvəl götürdükləri sifarişləri vaxtında çatdıra bilməmələri, bir çox ölkələrin Çin mallarına qarşı tətbiq etdikləri qadağalar Çin iqtisadiyyatında geriləməyə səbəb olacaqdır.
İlkin hesablamalara görə ÜDM 6.1 azalma gözlənilir. Bununla yanaşı virus maliyyə bazarından da təsirsiz ötüşmədi. Belə ki, virusun yayılmasının ilk günlərində Çin yuanının dollar qarşısında ucuzlaşması, fond birjalarındakı indekslərin 7-8% (SSE Composite, FTSE China A50 və s.) qədər enişi Çin iqtisadiyyatına çox ciddi təsir edir. Bir çox mütəxəsislər qeyd edirlər ki, Çində yuanin ucuzlaşması əksinə Çində mal ixracına əlavə stimul verəcəkdir.
Azərbaycan iqtisadiyyatı da bu sadaladıqlarımızın fonunda təsirsiz qalmır.İlkin olaraq Azərbaycan ixracının əsas hissəsini neft təşkil etdiyindən neftin qiymətinin aşağı düşməsi Azərbaycanın gündəlik pul itkisinə səbəb olur. İlkin hesablamalara görə 20%lik enmə gündəlik Azərbaycan Respublikası Dövlət Neft Fonduna 5 mln dollarlıq az vəsaitin daxil olması deməkdir. Təbii ki, neftin qiymətin daha aşağı düşməsi manatı daha da təzyiq altına salmaq ehtimalı yaradır. Bununla birlikdə Azərbaycan Respublikası Dövlət Neft Fondunun gəlirlərinin bir hissəsinin yuan şəklində olması da Neft Fondunun gəlirlərinin aşağı düşməsinə gətirib çıxardır. Çindəki bu günki vəziyyət kontekstində neftə olan tələbatın azalması mənfi təsirlər kimi Azərbaycan iqtisadiyyatında hiss olumaqdadır.
İkinci təsir idxal-ixrac istiqamətindədir ki, Çin-Azərbaycan arasında ticarət dövriyəsi 2 mlrd dollara yaxındır. Bunun əsas hissəsi Çindən Azərbaycana idxalın payına düşür ki, virusla əlaqədar bu gün bu təsir ciddi hiss olunmasa da, müəyyən müddət keçdikdən sonra, Çin fabrik və zavodları işləri bərpa etmədikləri təqdirdə sifarişlərdə gecikmələr baş verərərsə bunun real təsirini hiss etmək olacaqdır.İlkin olaraq bu Çindən idxal olunan malların sayının azalmasına, məhsul azlığına və qiymət artımına səbəb olacaqdır. Bununla yanaşı çox ciddi fəsadlar verəcəyini demək çətindir.

Çinli və xarici iqtisadçıların da qeyd etdiyi kimi, bu şok effekti çox uzun çəkməyəcəkdir. Bu zaman kəsiyində böyük ehtimal Azərbaycan bazarında Çin mallarınının yerini İran, Rusiya,Türkiyə və Şərqi Avropa ölkələrindən idxal olunan mallar tutacaqdır.Çində ixrac olunan məhsullarımız arasında kənd təsərüfatı məhsulları,xüsusi ilə Azərbaycan şərabı üstünlük tutur ki, iaşə obyektlərinin işləməməsi, çinlilərin günlərini evlərdə keçirməsi, gündəlik tələbat mallarından başqa digər məhsullardan istifadənin azalması bu sahədə mənfi təsirini göstərəcəkdir.
Üçüncü sahə isə turizm sektorudur ki, 2019-2023- ci illər dövlətlər arası müqaviləyə əsasən Çindən Azərbaycana turistlərin gəlməsi nəzərdə tutulurdu ki, bu virusla əlaqədar turist gəlişi tamamilə dayandırılmışdır. İstər yerli, istərsə də Çinə məxsus hava nəqliyyat vasitələrinin uçuşları tam dayandırılıbdır. Yuxarıda qeyd etdiyimiz hər üç istiqamətdə mənfi təsirlər öz effektini qısa zamanda göstərə bilər,ancaq düşünmürəm ki, bu təsirlər uzun müddətli olacaqdır.Çünki bu təsirlər yalnız Azərbaycanla yekunlaşmır, virusun təsiri qloballaşma kontekstində ümümi dünya iqtisadiyyatına mənfi
Yuxarıda qeyd etdiyimiz hər üç istiqamətdə mənfi təsirlər öz effektini qısa zamanda göstərə bilər,ancaq düşünmürəm ki, bu təsirlər uzun müddətli olacaqdır.Çünki bu təsirlər yalnız Azərbaycanla yekunlaşmır, virusun təsiri qloballaşma kontekstində ümümi dünya iqtisadiyyatına mənfi təsir göstərəcəkdir. Bununla yanaşı Çin deyiminə görə hər krizisin özü bir şansdır. Çin mallarının Azərbaycana idxalının azalması Azərbaycanda istehsal sahələrinin dirçəlməsinə müəyyən dərəcədə təsir edəcəkdir. Xüsusilə bu özünü xammalı özümüzdə olan məhsullarda göstərəcəkdir. Çindən gələn xammal və ehtiyat hissələri ilə Azərbaycanda istehsal olunan məhsulları bu qrupa aid etmək olmaz.
Eyni zamanda Azərbaycanda istehsal olunan məhsullar keyfiyət baxımdan normal olarsa bunlar Çinin Avropadakı payını əvəz edə bilər. Çində baş verən virus bir daha bir siqnal oldu ki, Azərbaycanda yerli istehsal sahələr inkişaf etdirilməli, xarici bazardan asıllıq azaldılmalı, Çin və ya Şərqi Asiya investorları Azərbaycana dəvət edilməli onların burda istehsallarını qurmaları üçün şərait yaradılmalıdır.
Belə olan halda Azərbaycan məhsulları dünya bazarına daha rahat şəkildə ayaq aça bilər.

Vusal Qurbanov,
Global Assistant LTD şirkətinin təsisçisi
Etikxeber.az