Çindən Trampa etiraz

Çin Xalq Respublikası Qolan təpələrinin statusunun birtərəfli qaydada dəyişidirilməsinə etirazını bildirib.

Etikxeber.az xəbər verir ki, bu bəyanatla Çin Xarici İşlər Nazirliyinin rəsmisi Lu Kan gündəlik mətbuat konfransında çıxış edib.

O, bölgədə gərginliyi yüksəltməyin yolverilməz olduğunu vurğulayıb.

“Beynəlxalq ictimaiyyət Colan təpələrini işğal olunmuş ərazi kimi tanıyır”, – deyən Lu Kan xatırladıb ki, BMT Təhlükəsizlik Şurası İsraili Colan təpələrindən çəkilməyə çağıran bir neçə qətnamə qəbul edib.

Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ Prezidenti Donald Tramp İsrailin Colan təpələri üzərində suverenliyinin tanınması barədə sənədə imza atıb.

Etikxeber.az

Read Previous

Yanğının ətraf ərazilərə yayılmasının və açıq alovun qarşısı alınıb – FHN – FOTO

Read Next

Prezident “Bakmil”də… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir