Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Gənclik Mall” ticarət mərkəzində yerləşən “CineMastercard” premium kinoteatrında eyniadlı kompüter oyunu əsasında hazırlanmış “Minecraft kinoda” macəra filminin premyeradan öncə nümayişi keçirilib.
Etikxeber.az xəbər verir ki, film “Warner Bros. Pictures” və “Legendary Pictures” şirkətlərinin birgə layihəsidir.
Rejissoru Cared Hess olan ekran əsərində Ceyson Momoa, Cek Blek, Emma Mayers, Daniel Bruks, Sebastyan Yucin Hansen, Cenifer Kulic kimi aktyorlar çəkilib.
Yeni film isveçli proqramçı Markus Perssonun yaratdığı Minecraft kompüter oyununun ilk adaptasiyasıdır.
Persson layihə üzərində 2009-cu ildə işləməyə başlayıb və bir il sonra ilk inkişaflarını təqdim edib.
Oyun rəsmi olaraq 2011-ci ilin noyabrında buraxılıb.
Süjet xəttinə gəlincə, dörd autsayder sirli portal vasitəsilə qəribə, kubik möcüzələr ölkəsinə düşür.
Qəhrəmanlar ölkədə məskunlaşan pis canlılarla qarşılaşmalı və evlərinə gedən yolu tapmalıdırlar.
Sağ qalmaq üçün onlar malik olduqları bütün yaradıcı bacarıqlardan istifadə etməlidirlər.
“Minecraft kinoda” filminin premyeradan oncə nümayişində tanınmış simalar, ictimai xadimlər, jurnalistlər, blogerlər və digər qonaqlar iştirak edib.
Nümayiş maraqlı dekorasiya, oyun qəhrəmanının obrazı və tədbirin miqyası ilə yadda qalıb.
Film 3 dildə – rus, ingilis və türk dillərində nümayiş etdiriləcək.
Həmçinin filmi ən son 4DX və ScreenX texnologiyaları ilə “CineMastercard” kinoteatrlarında izləmək olar.
***
FOTOLAR:


www.youtube.com/watch?v=VsJlmio8A2g&si=J3N7QFqsocJ9-Ug9&fbclid=IwY2xjawJgj6RleHRuA2FlbQIxMQABHt5XImP7SWUdtqQ3naXfVwKS69LAAKMQWFHnDk-ff8d9-JL8gUzPMCm3kP3v_aem_P7nxeb6CGJiQRLhWCkX-eQ
Etikxeber.az