Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“CineMastercard” kinoteatrlar şəbəkəsində təkcə uşaqların deyil, böyüklərin də həvəslə gözlədiyi “Rafadan Tayfa: Kapadokya” türk cizgi filminin nümayişinə başlanılıb.
Etikxeber.az xəbər verir ki, cizgi filminin rejissoru İsmail Fidandır.
Baş rolları Levent Kol, Hakan Coşar və Yagmur Sergen səsləndiriblər.
Filmin süjetinə gəlincə, Rafadan Tayfa üzüm məhsulu festivalı üçün Kappadokiyaya gedir. Yerli ləzzətlərin və sənət əsərlərinin kifayət qədər zəngin olduğu bu festivalda “Kappadokiya tapmaca ovu” tədbiri heyətin diqqətini cəlb edir.
İştirakçılar Kappadokiyanın müxtəlif yerlərində gizlənmiş ipucularını axtarmalı, əldə etdikləri tapmacaları həll etməli və son hədəfi tapmalıdırlar.
Tapmaca ovu macərası başlayanda Xeyrinin yolu sirli saxsı qab axtaran agentlərlə kəsişir.
Agentlərdən əvvəl Xeyrinin əlinə düşən saxsı qab onu agentlərin hədəfinə çevirir.
Tayfa agentlərin Kappadokiyada olduğuna və bu saxsı qabı axtardığına tam inanmır. Ancaq tapmaca ovu davam etdikcə, aşkar edilən yerlərlə saxsı qab arasında bir əlaqənin olduğu meydana çıxır.
Adi görünən bu saxsı qab əslində Feniksin külünü saxlayır…
Maraqlı macəralar və sirlərlə dolu olan cizgi filmi Azərbaycanda yalnız “CineMastercard” kinoteatrlar şəbəkəsində nümayiş olunur.

Etikxeber.az