“CineMastercard”da yeni türk filminin nümayişi-BAŞLAYIR – FOTO-VİDEO

“CineMastercard” premium kinoteatrlar şəbəkəsində fevralın 20-dən BKM studio tərəfindən “Tur Rehberi” türk komediyasının nümayişi başlayır.

Etikxeber.az xəbər verir ki, filmin rejissoru Hakan Algüldür.

Filmdə rolları Cem Gelinoğlu, Alp Öyken, Atılgan Gümüş və balaca aktrisa Melisa Duru Ünal canlandırıb.

Ekran əsərinin süjet xətti tur bələdçisinin tur zamanı qrupunu həyatda saxlamaq üçün var gücü ilə mübarizə aparmasından bəhs edir. 

Gənc tur bələdçisi Ercüment ölməyə and içmiş bir qrup yaşlı turistlə səyahətə çıxanda başına nə gələcəyini bilmir.

O, həyatının ən çətin səyahətinə çıxır.

Lakin heç də hər şey planlaşdırıldığı kimi getmir və gözlənilməz hadisələr baş verir…

“CineMastercard” hər zaman tamaşaçılara sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.

Etikxeber.az

Read Previous

Dağlıq və dağətəyi rayonlara qar yağır, 11 dərəcəyədək şaxta qeydə alınıb-FAKTİKİ HAVA AÇIQLANDI – YENİLƏNİB

Read Next

“Heydər Əliyevin etibarlı silahdaşı olmusunuz… Həm sovet dövründə, həm müstəqillik dövründə, özü də müstəqilliyimizin ən ağır dövrlərində atamın yanında olmusunuz…”-İLHAM ƏLİYEV ARTUR RASİ-ZADƏYƏ “HEYDƏR ƏLİYEV” ORDENİNİ TƏQDİM EDƏRKƏN BELƏ DEDİ – FOTO – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir