Çingiz Abdullayev ittihamlara belə cavab verdi: “Hamısı yalandır”

Bəzi nsanlar, sadəcə, heç nə başa düşmürlər! Başa düşmürlər ki, AFFA nə üçün futbol klublarında müşahidə şurası yaradılmasını tövsiyə edib. Bütün bu yenidənqurmalar nə üçündür? Məhz ona görə ki, hər şey dürüst və şəffaf olsun. Ona görə ki, lazımsız sxem və geriləmələr olmasın. Məhz buna görə də AFFA-nın siyasəti daha düzgün və davamlıdır. Ona görə yox ki, “Neftçi”də belə bir şura yaradılıb. İndi anlaşılmaz məqalələr yazırlar ki, güya Müşahidə Şurası klubların işinə mane olur. Hamısı yalandır!

Etikxeber.az xəbər verir ki, bunu Xalq yazıçısı, “Neftçi” PFK-nın prezidenti Çingiz Abdullayev onların ünvanına səslənən ittihamlara münasibətini bildirərkən deyib. O, iddia edib ki, Müşahidə Şurası birbaşa futbol işləri ilə məşğul olmur, bu, məşqçilər heyəti deyil, idarə heyətidir. Onun sözlərinə görə, “İnter”in Müşahidə Şurasının sədri almaniyalı bankirdir, “Qarabağ”ın rəhbəri türkiyəli biznesmendir, digər klublarda rektorlar, alimlər, mühəndislər, ictimai xadimlər və maliyyəçilər var.

Bu adamlar oyun və ya komanda ilə məşğul olmurlar. Bu adamlar bütün maliyyə və təşkilati sxemlərin şəffaflığını təmin edirlər. Bəlkə elə buna görə Müşahidə Şurasının yaradılması bəzi adamlarda mənfi reaksiyaya səbəb olur.

Hər bir halda, bu, gələcək üçün əsas yoldur! Nəhayət, klublar pul qazanmağa başlayacaqlar, cəmiyyətin səhmdarları olacaqlar və bir sponsorun iradəsindən asılı olmayacaqlar.

Bu elə o deməkdir ki, AFFA futbolumuzu təkcə yüksəltməyə yox, həm də onu inkişafın yeni mərhələsinə çatdırmağa çalışır. Amma bizim məsələdə hamımızı pis vəziyyətdə qoyaraq axmaq və alçaqcasına ideyanın özünü məhv etməyə çalışanlar var! Daha bu haqda bir söz də yazmayacağam. Oxumağı bacaranlar anlayacaqlar. Anlamağı bacaranlar oxuyacaqlar!“-deyə, Ç. Abdullayev sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

İslam Həmrəylik Oyunları zamanı Bakıda mədəni tədbirlər təşkil ediləcək

Read Next

Anardan Behrudiyə: “Piar əsl şairə yaraşmaz, amma…”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir