Çingiz Mustafayev “Eurovision 2019”-un finalında – FOTO – YENİLƏNİB

“Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsinin ikinci yarımfinalı keçirilib.

Etikxeber.az xəbər verir ki, İsrailin Təl-Əviv şəhərinin Sərgi Mərkəzində keçirilən ikinci yarımfinalda təmsilçimiz Çingiz Mustafayev “Truth” mahnısı ilə ikinci yarımfinalda 18-ci nömrə altında səhnəyə çıxıb.

Təmsilçimizin ifası uğurlu alınıb və Çingiz Mustafayev finala vəsiqə qazanıb. Çingiz Mustafayevlə yanaşı, Şimali Makedoniya, Niderland, Albaniya, İsveç, Rusiya, Danimarka, Norveç, İsveçrə və Malta təmsilçiləri də finala vəsiqə qazanıblar.

***

Gərgin gecədən sonra finala vəsiqə qazanan 10 ölkənin – Şimali Makedoniya, Hollandiya, Albaniya, İsveç, Rusiya, Azərbaycan, Danimarka, Norveç, İsveçrə, Malta təmsilçiləri təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıblar.

Müsabiqədə ölkəmizi laiqincə təmsil edən Çingiz qalibiyyətinə inandığını dilə gətirib:

“Daxilimdə bir güvən hissi, inam var və bu, mənə çox böyük motivasiya verir”.

Müsabiqənin finalı isə mayın 18-də baş tutacaq.

Xatirladaq ki, 2012-ci ildə Azərbaycanın da ev sahibliyi etdiyi müsabiqə 64-cü dəfədir təşkil olunur.

Etikxeber.az

 

Read Previous

Gəncəçay çayı üzərində körpülərin bərpasına 6,4 milyon ayrıldı

Read Next

“Dövlət rüsumlarına yenidən baxmaq lazımdır” – MİLLƏT VƏKİLİ- YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir