Çingiz Qənizdadə: “Hüquq-mühafizə orqanları ilə bir araya gəlib qanun toplusu yaratmalıyıq”

Deputat Çingiz Qənizadə parlamentin mayın 16-da keçirilən növbəti plenar iclasıbda son günlər at,eşşək ətinin və vaxtı keçmiş yararsız ət məhsullarının  bazarlara “ayaq” açmasından şikayətlənib.

Etikxeber.az-ın xəbərinə görə, o, vurğulayıb ki, bu barədə məlumatlar KİV-lərdə yayılır:

“Ancaq mübarizə tədbirləri istənilən effekti vermir. Çünki qanunda boşluqlar var. Bu boşluqların doldurulmasına ehtiyac var. Biz hüquq-mühafizə orqanları ilə bir araya gəlib qanun toplusu yaratmalıyıq.  Xüsusən də bu məsələ ilə bağlı güclü maddə yaratmalıyıq. Düzdür, Cinayət Məcəlləsinin 2 maddəsi bu kimi hallarda tətbiq olunur, amma burada da boşluqlar var”.

Etikxeber.az

Read Previous

Vahid Əhmədov: ” Aidiyyatı qurumlar Beynəlxalq Bankdakı vəziyyətlə bağlı televiziyada geniş izahat verməlidir”

Read Next

Qüdrət Həsənquliyev “ölüm hökmü”nün bərpasına “hə”, Siyavuş Novruzov “yox” dedi – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir