“Çingizsiz yaşamaq bizə çox çətin, çox ağırdır…”-KOLLEC TƏLƏBƏSİ, AZƏRBAYCAN ORDUSUNUN ƏSGƏRİ, TƏK VƏ SUBAY ÖVLAD, 19 YAŞLI, LERİKLİ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ÇİNGİZ BABAYEVİN ANASI SEVİNC BABAYEVA – FOTOLAR

İkinci Vətən Müharibəsi zamanı Vətən yolunda canını fəda edən İgidlərimizdən, Vətən sevdalılarımızdan biri də Çingiz Sulduz oğlu Babayevdir…

Evin-ailənin tək övladı, tək oğlu Çingiz Sulduz oğlu…

Vətənini, Torpağını valideynlərindən, ana və atasından üstün tutaraq, Şəhadətə ucalan Vətən fədaisi, Nur üzlü Çingiz balamız…

Cəmi 19 yaşlı, kollec tələbəsi, Azərbaycan Ordusunun Əsgəri Çingiz Babayev

***

Bugünlərdə Lerik rayonunda, Şəhid məclisində olarkən Çingizin valideynləri, övlad həsrətli, Dərdli, Yaralı anası Sevinc xanım və atası Sulduz Babayevlə tanış oldum…

Üzlərindən, çöhrələrindən, gözlərindən dərd, kədər yağırdı hər ikisinin…

Necə də yağmasın?!

Tək və subay övladlarını itirib, Vətən yolunda Şəhid veriblər…

Övladsız, arxa-dayaqsız qalıblar…

Nə qədər dik durmağa, dərdə, kədərə boyun əyməməyə çalışsalar da, gözlərində, çöhrələrində bala həsrəti, övlad yanğısı varıydı…

***

Sevinc xanımla, Ulduz bəylə söhbətləşdim, dərdləşdim…

Onlara Allahdan səbr və dözüm arzuladım…

“Şəhidimizin ruhu şad olsun!”-dedim…

Şəhidimizin ruhu qarşısında baş əydiyimi söylədim…

Bir gün onları evlərində, Şəhidimizin ocağında ziyarət edəcəyimi dilə gətirdim…

Qeyd edim ki, Çingiz 2001-ci ilin sentyabr ayının 21-də Lerik rayonunun Mistan kəndində sadə, kasıb bir ailədə dünyaya gəlib…

2007-2018-ci illərdə orta məktəbdə oxuyub…

Orta təhsilini başa vurduqdan sonra Bakı Biznes və Kooperasiya Kollecinə daxil olub…

2019-cu ildə, ikinci kursda oxuyarkən həqiqi hərbi xidmətə yollanıb…

Və 2020-ci ilin sentyabr ayının 27-də Azərbaycan Ordusunun Əsgəri kimi İkinci Vətən Müharibəsinə qatılıb…

Tərtər-Ağdərə-Suqovuşan istiqamətlərində döyüşlərdə iştirak edib…

Suqovuşan fatehlərindən olub…

Və oktyabr ayında elə Suqovuşan istiqamətində də qəhrəmancasına Şəhidlik məqamına ucalıb…

Nəşi doğulub boya-başa çatdığı Mistan kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən sonra medallarla təltif olunub…

***

Daha bir tək övlad, daha bir arxa-dayaqsız, övladsız qalan ailə…

Sözün bitdiyi, kəlmələrin aciz qaldığı yer yenə…

Nə deyəsən, nə yazasan, necə təsəlli verəsən…

Bilmirsən…

Təsəllisi belə yox…

Allah bir daha tək balalarının məqamını Uca, dərgahını mübarək etsin!

Allah bir daha səbr və dözümlərini versin!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

ANAMA əməkdaşı Ağdamda azad edilmiş ərazidə minaya düşərək-XƏSARƏT ALDI

Read Next

İsmayıllı, Şəki, Ağdaş, Saatlı və Bərdənin qaz təchizatında fasilə yaranacaq-BU GÜN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir