Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI

Koronavirus nəinki sərhədləri aşır, həm də milli təhlükəsizliyə təhdidə çevrilir.
Etikxeber.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
“Rusiyanın bir sıra saytında “Azərbaycanda virus şübhəlisi 2 nəfər xəstəxanada yerləşdirildi” xəbərini az qala manşetə çıxardıblar. Bunun nə demək olduğunu anlamaq çətin deyil. Çinlə sərhəddini qapadan Rusiya eyni addımı Azərbaycanla bağlı da ata bilər. Buna hazır olmalıyıq”-deyən politoloq bildirib ki, təcili müxtəlif ssenarilər üzərində çalışmalara başlamalı, cənub və şimal sərhədlərimizin tamamən bağlanması halında vəziyyətdən çıxış yolları üzərində düşünməliyik.
“Bu elə virusdur ki, hər bir dövlət özünü və vətəndaşını düşünür, siyasi müttəfiqlik və ya tərəfdaşlıq işə yaramır. Koronavirus nəinki sərhədləri aşır, həm də milli təhlükəsizliyə təhdidə çevrilir…”-deyə, o, sonra qeyd edib.
Etikxeber.az





