Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Türkiyədə 24 iyun cümhurbaşqanlığı və parlament seçimlərinə sayılı günlər qaldığı bir ərəfədə məşhur CNN telekanalı İYİ Parti genəl başqanı və cumhurbaşqanı adayı (prezidentliyə namizəd) Meral Akşənərlə bağlı özəl bir dosye hazırlayıb və açıqlayıb.
Etikxeber.az-ın xəbərinə görə, Akşənərin Adanadakı mitinqini təqib edən (izləyən) CNN hazırladığı dosyenin başlığını “Meral Ana: Ərdoğanı ofisindən çıxarmağa çalışan qadın” qoyub.
CNN-ə danışan Akşənər isə “Türkiyə çox uzun bir müddətdir çox sərt kişilər tərəfındən idarə olunub. Bəzi insanlar mənə “abla” (bacım) deyir, amma bir çox gənc insan “Meral Ana” deyir və mən ana olmağı sevirəm”-deyib.
Akşənər sonra “Son 2.5-3 ildir Ərdoğan və şəxşi davranışlarıyla mücadilə edirəm. Bu seçimlər Ərdoğanın özünün istədiyi seçim. Bu başqanlıq sistemi Qərb demokrasilərindəki kimi deyil. Çeklərimiz, ya da, hesablarımız yox” -deyə, vurğulayıb.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az