“Cocuq Mərcanlı beynəlxalq ictimaiyyətə bir mesajdır ki…” – ƏLİYEVA

Ölkə  Prezidenti cənab İlham Əliyevin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında tarixi Sərəncamı xalqımızın böyük sevincinə səbəb olmaqla yanaşı, həm də cəmiyyətimizdə ruh yüksəkliyini, gələcəyə, torpaqlarımızın tezliklə işğaldan azad ediləcəyinə inamı, ümidi bir daha artırdı.

Etikxeber.az xəbər verir ki, bu fikri mətbuata açıqlamasında Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədr müavini, professor Jalə Əliyeva deyib.

J. Əliyevanın sözlərinə görə, məlum Sərəncamın önəmini bir neçə tərəfdən təhlil etmək olar.

“Birincisi, həm düşmənə, işğalçı və təcavüzkar dövlətə, həm onların havadarlarına, dəstəkçilərinə,  həm də bütövlükdə beynəlxalq ictimaiyyətə bir mesaj verilir ki, Azərbaycanın ərazi bütövlüyü hər hansı bir formada sual altına alına, torpaq məsələsində hansısa güzəştdən söz ola bilməz.  Yəni, işğal olunmuş ərazilər Azərbaycanın tərkib hissəsidir. Hələ ilkin olaraq düşməndən azad edilmiş ərazilərə insanlarımızın qayıtmaq istəyinin bu cür yüksək olması Azərbaycan xalqının Prezidentlə birliyinin, vahid mövqeyinin göstəricisidir. İkinci maraqlı tərəf ondan ibarətdir ki, münaqişənin uzun müddətdir həll olunmaması bəzən belə bir sual yaradırdı ki, bəlkə bu insanlar heç doğma yurd-yuvalarına getmək istəmirlər”-deyən millət vəkili qeyd edib ki, çox təəssüflər olsun ki, beynəlxalq aləmdən də bəzən belə mesajlar gəlirdi.

“Həmin “mesaj”lara, iddialara görə, yeni nəsil formalaşıb, bəlkə onlar artıq bu torpaqları unudublar və sair. Lakin bu gün 190 ailənin Cocuq Mərcanlıya köçmək, işğaldan azad edilmiş bu kənddə yaşamaq istəməsi həm də dünya ictimaiyyətinə bir mesajdır ki, insanlar öz yurd-yuvalarını unutmayıblar və biz tarixi ata-baba torpaqlarımıza qayıtmaq niyyətindəyik.

Digər önəmli bir  məqam isə ondan ibarətdir ki, görülən bərpa işləri, insanların Cocuq Mərcanlıya qayıtmaları, o kənddə yaşamaları prosesi gələcəkdə digər torpaqlarımız da işğaldan azad olunduqca həmin ərazilərin də bərpasında bir model rolunu oynayacaq. Bu gün Cocuq mərcanlıların doğma kəndlərinə gedib yaşamaq istəkləri həm də onlarda Azərbaycan Ordusuna olan etibarı göstərir.

Cəbhəyanı ərazi olmasına baxmayaraq, insanlar böyük həvəslə oraya gedib öz yaşamlarını davam etdirmək istəyirlər. Biz əminik ki, torpaqlarımızın işğaldan azad olunacağı gün çox yaxındır. Kimsənin də buna şübhəsi olmasın və ola da bilməz. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, qətiyyətli və düşünülmüş addımları, gedişləri ilə torpaqlarımız yağı düməndən azad ediləcək, Azərbaycanın ərazi bötövlüyü və suverenliyi bütün ölkə ərazisində bərqərar olunacaq”-deyə, millət vəkili daha sonra sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Gənclərə hərbi vətənpərvərlik hissləri aşılanır- FOTO

Read Next

“Cəmiyyət ciddi islahatlar mərhələsindədir” – Baş nazirin müavini

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir