Cocuq Mərcanlıda 1504 qəlpə, 26 partlamamış hərbi sursat aşkarlandı – FOTO

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri mayın 17-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində 1504 qəlpə, 26 partlamamış hərbi sursat (1 ədəd 30 millimetrlik silah qumbarası “VOQ-17”, 25 ədəd 82 millimetrlik minaatan mərmisinin partladıcı başlığı “M-6IÇ”) və 49 tank əleyhinə “TM-57” minasının partladıcısı “MVZ-57” aşkar ediblər. Həmin sursat zərərsizləşdirilməsi üçün götürülüb. Ümumilikdə, 27 min 324 kvadratmetr (2,73 hektar) ərazi tam təmizlənib, 32 min 500 kvadratmetr (3,25 hektar) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.

ANAMA-dan Etikxeber.az-a bildiriblər ki, 85 gün ərzində agentlik tərəfindən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 151 evə və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış olub. Altmış yeddi partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

İndiyədək aparılan minatəmizləmə əməliyyatları nəticəsində 1 milyon 990 min 910 kvadratmetr (199,09 hektar) ərazi tam təmizlənmiş, 958 min 640 kvadratmetr (95,86 hektar) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Etikxeber.az

Read Previous

6 boksçumuz və 1 taekvandoçumuz finalda…

Read Next

Türkiyə millisi “İslamiada”da su polosu yarışlarının qalibi olub – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir