Cocuq Mərcanlı kəndində aparılan tikinti işləri 2 aya yekunlaşacaq – RƏSMİ

“İlkin mərhələ üçün Cocuq Mərcanlı kəndində aparılan tikinti işləri 2 aya yekunlaşacaq, mayda başa çatacaq. Eyni zamanda kənddə Şuşa məscidinin analoqu olan məscid də tikiləcək”.

Etikxeber.az məlumat verir ki, bunu Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində səfərdə olan baş nazirin müavini, Qaçqınların və Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib.

Ə. Həsənov Cocuq Mərcanlıda ilk qəsəbənin açılışının 15 iyun – Qurtuluş günündə baş tutmasının nəzərdə tutulduğunu açıqlayıb:

“Mən inşaatçılardan işlərin daha sürətlə həyata keçirilməsini xahiş etdim. İnşaatçılar nə mümkündürsə, edirlər. 10-15 günə bu işlər görülübsə, böyük nəticədir. Heç bir yerdə insanlar belə həvəslə işləmirlər. Bu kəndin ab-havası, qayıdış prosesdə tikintinin sürətinə təsir edib”.

Etikxeber.az

Read Previous

Külli miqdarda metadon və narkotik vasitə aşkar olundu

Read Next

“Seymurları hər zaman sevgi ilə anacağıq…” – DEPUTAT – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir