“Cocuq Mərcanlıda 50 ev, məktəb, tibb məntəqəsi və digər obyektlər tikiləcək” – NAZİR

“Prezident İlham Əliyevin sərəncamına əsasən ayrılan vəsait hesabına Cocuq Mərcanlı qəsəbəsində ilkin mərhələdə 50 ev, məktəb, tibb məntəqəsi və digər sosial obyektlər tikiləcək”.

Etikxeber.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.

Nazirin sözlərinə görə, bundan sonra insanlar həmin qəsəbəyə köçürüləcək:

“Vətəndaşlarımız öz yerlərinə qayıdacaqlar, yaşamağa və işləməyə başlayacaqlar. Əgər işləməyə başlayacaqlarsa, o insanların sosial sığorta ilə əhatə olunması meydana çıxacaq. Onların sosial sığorta ilə əhatə olunması ən yaxın rayonda yerləşən müvafiq qurum vasitəsilə baş verəcək. Bu gün onların hər hansı sosial təminat elementləri ilə təmin olunmasında heç bir problem yoxdur. Əsas məsələ məşğulluq və sosial sığorta məsələləridir. Təbii ki, ondan sonra biz bu addımları atacağıq”.

Etikxeber.az

Read Previous

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Azərbaycana səfəri gözlənilir

Read Next

Ramiz Mehdiyev “Xocalı soyqırımı”nın 25-ci ildönümü ilə bağlı sərəncam verdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir