Corc Veanın oğlu Timati karyerasında ilk peşəkar müqaviləsini imzaladı

Məşhur futbolçu, 1995-ci ildə “Qızıl top”u qazanmış Corc Veanın oğlu Timati karyerasında ilk peşəkar müqaviləsini imzalayıb.

Etikxeber.az xəbər verir ki, 17 yaşlı forvard 2014-cü ildən PSJ-nın aşağı yaş qrupundan ibarət komandasında çıxış edir.

İlk peşəkar müqaviləsinə qol çəkən Timati Vea 2020-ci ilin yayınadək Paris klubunun şərəfini qoruyacaq.

Qeyd edək ki, liberiyalı futbolçu son mövsüm UEFA Gənclər Liqasında meydana çıxdığı 4 oyunda 3 qol vurub.

Etikxeber.az

Read Previous

Şimali Koreya ballistik raket buraxdı

Read Next

İranda Azərbaycan mədəniyyət həftəsinin rəsmi açılış mərasimi oldu

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir