“COVAX öz öhdəliyini yerinə yetirməlidir”-MİLLƏT VƏKİLİ

Azərbaycan COVİD 19 pandemiyasına qarşı vaksinlərin ədalətli bölgüsü və əlçatanlığı məqsədilə yaradılmış COVAX beynəlxalq təşəbbüsünə ilk qoşulan və dəstək verən ölkələrdən biridir. Bu istiqamətdə ölkəmiz vacib təşəbbüslərlə çıxış edib.

Etikxeber.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, 2020-ci ildə koronavirus  pandemiyasının başlamasından etibarən Azərbaycan bu bəşəri bəla ilə  mübarizədə qlobal səyləri səfərbər edən ilk ölkələrdən biri olub və bu istiqamətdə bir sıra dəyərli təşəbbüslərlə çıxış edib:

“Belə ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə BMT Baş Assambleyasının pandemiya ilə mübarizə mövzusunda dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası keçən ilin dekabrında uğurla keçirilib və beynəlxalq ictimaiyyətin əlaqələndirilmiş birgə fəaliyyətinə böyük töhfələr verib”.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan Prezidenti cənab İlham Əliyev  öz çıxışlarında vaksinlərin ədalətli və bərabər bölgüsü ilə bağlı fikirlərini bölüşüb və bu istiqamətdə birgə səylərin önəmini qeyd edib:

“Cənab  Prezident qeyd edib ki, bəzi dövlətlər öz tələbatlarından bir neçə dəfə çox vaksin alır və nəticədə inkişaf etməkdə olan dövlətlər vaksin çatışmazlığı problemi ilə üzləşir. Məhz bu çıxışlardan sonra ölkəmizin təşəbbüsü ilə BMT-nin İnsan Hüquqları Şurasında vaksinlərin ədalətli və bərabər bölgüsü ilə bağlı qətnamə Qoşulmama Hərəkatı adından irəli sürülüb. Bu qətnamə bir neçə gün öncə qəbul edilib, sənədə 130-dan çox ölkə səs verib. 

COVAX Azərbaycan tərəfinə bildirib ki, öncədən razılaşdırılmış qaydada vaksinlər ölkəmizə təhvil veriləcək. Lakin artıq müəyyən qədər vaxtın keçməsinə baxmayaraq, hələ də COVAX tərəfindən Azərbaycana vaksin təqdim edilməyib. Son günlər də COVAX tərəfindən Azərbaycana məlumat verilib ki, vəd ediləndən daha az sayda vaksin veriləcək və hətta bunun da verilmə vaxtı qeyri-müəyyəndir. Əlbəttə, belə yanaşma qeyri-ciddidir və nəticədə COVAX-a olan etibarı heçə endirir.  Vaksin kimi önəmli səhiyyə məsələsində  ikili standartlara yol verilir ki, bu da qəbuledilməzdir.

Belə ki, bir tərəfdə pandemiya ilə mübarizədə qlobal səyləri səfərbər edən, önəmli təşəbbüslərlə çıxış edən və 30 ölkəyə yardım edən Azərbaycan var, digər tərəfdən isə ikili standartlara, qeyri-ciddi yanaşmaya yol verən və sözlərini yerinə yetirməyən COVAX var. Azərbaycan dövləti COVAX-ın ilkin vədlərinə baxmayaraq, öz işini sığortalayıb və Çindən lazımi sayda keyfiyyətli vaksinin vaxtında tədarükünü təmin edib.

Artıq ölkəmizdə yarım milyondan çox vətəndaşımıza vaksin vurulub və proses uğurla davam edir. Regionumuzda ilk vaksinasiya kampaniyasına başlayan ölkə məhz Azərbaycandır. Beləliklə, Azərbaycanın COVAX-a ilk qoşulan dövlətlərdən biri olması, həmçinin Çindən vaksinin vaxtında tədarükü ölkəmizin öz vətəndaşının qayğısına qalmağının bariz nümunəsidir. Bununla belə, COVAX da öz öhdəliyini yerinə yetirməlidir”.

Etikxeber.az

Read Previous

İlham Əliyev 4 saylı DOST mərkəzinin-AÇILIŞINDA – FOTOLAR – YENİLƏNİB

Read Next

Məzahir Pənahov “Şərəf”, Cəmil Əliyev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə-TƏLTİF OLUNDU

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir