“COVID-19” pasportu olmadığına görə-189 NƏFƏR TOYA BURAXILMADI…

12-13 fevral tarixlərində Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 741 toy şənliyinin monitorinqini həyata keçirib.  


Etikxeber.az xəbər verir ki, monitorinq 728 şadlıq sarayında, 13 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.


Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:


– 13 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;  


– 189 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Etikxeber.az

Read Previous

Tələbə və müəllimlərin yeni tələbə uyğun COVID sertifikatı olmalıdır-FEVRALIN 15-DƏN…

Read Next

“Ermənistan-Azərbaycan arasında sülh müqaviləsi olmalıdır… Ancaq heç vaxt Azərbaycan xalqı bu vəhşiliyi unutmamalıdır… Heç kim bu vəhşiliyi unutmamalıdır…”-İLHAM ƏLİYEV – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir