“COVID-19” pasportu olmadığına görə 217 nəfər-ŞƏNLİYƏ BURAXILMADI

5-6 fevral tarixlərində Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 668 toy şənliyinin monitorinqini həyata keçirib.

Etikxeber.az-ın məlumatına görə, monitorinq 657 şadlıq sarayında, 11 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

– 14 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;

– 2 nəfər barəsində toplanmış materiallar məhkəməyə göndərilib;

– 217 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Etikxeber.az

Read Previous

“Seçkilər 2023-cü ilin iyununda keçiriləcək, namizədimiz də Ərdoğandır”-BAXÇALIDAN MÜXALİFƏTİN ERKƏN SEÇKİ ÇAĞIRIŞLARINA SƏRT TƏPKİ

Read Next

“Cavanşir Feyziyevlə əlaqə saxladım, Mətbuat Şurasının İdarə Heyətinin üzvlüyünüdən istefası məsələsini müzakirə etdik…”-ƏFLATUN AMAŞOVDAN AÇIQLAMA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir