Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Azərbaycan Parlamentinin 100 illik yubileyi ilə bağlı xüsusi iclas illərlə yaddaşlardan silinməyəcək
Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Parlamentinin yaranmasının 100 illiyinə həsr olunmuş Milli Məclisin (MM) 21 sentyabr tarixli xüsusi və təntənəli iclası Azərbaycan dövlətinin tarixində çox mühüm və çox əlamətdar hadisələrdən biridir. Bugünkü xüsusi və təntənəli iclas illər kecəcək, amma hafizələrdən, yaddaşlardan, xatirələrdən silinməyəcək. İstər Azərbaycan Parlamentinin yaranmasını, Cümhuriyyət qurucularımızın tarixi addımını, istər parlamentarizm tariximizin 100 illiyini, istərsə də bugünkü tarixi xüsusi və təntənəli iclası ifadə etmək üçün sözlər yetməz. Çox qürurverici və çox möhtəşəm hadisələrdir.
Etikxeber.az xəbər verir ki, bunu mətbuata açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.
O, qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyev xüsusi iclasda iştirak və çıxış etməklə, tədbirin əzəmətini və möhtəşəmliyini bir qədər də artırdı, ona xüsusi rəng qatdı:
“Dövlət başçımız hər zaman Azərbaycanımızın keçmişinə, tarixinə, adət-ənənələrinə, milli-mənəvi dəyərlərinə daim böyük hörmət və ehtiram, xüsusi diqqət və qayğı ilə yanaşıb. Bu istiqamətdə gərəkən addımlar nədirsə, onların hamısını atıb, reallaşdırıb. Dövlət başçısı Cümhuriyyət qurucularımıza, ilk müstəqil dövlətimiz olan Azərbaycan Xalq Cümhuriyyətinə də daim xüsusi, müsbət münasibəti ilə seçilib. Heç təsadüfi deyil ki, məhz onun Sərəncamı ilə 2018-ci il “Cümhuriyyət İli” elan edilib, may ayının 27-də AXC-nin 100 illiyinə həsr olunmuş təntənəli qəbul təşkil olunub, Azərbaycan Milli Ordusunun 100 illiyi ilə bağlı tarixi Hərbi Parad, Bakının işğaldan azad olunması ilə bağlı möhtəşəm Parad keçirilib. Bunlar hamısı dövlət başçısının tarixi addımları və tariximizə, AXC-yə olan münasibətinin əyani nümünəsidir. Azərbaycan Parlamentinin 100 illik yublieyinin keçirilməsi təşəbbüsü də məhz cənab prezidentə məxsusdur. Məhz onun istəyi və təklifi ilə bu məsələ özünün müsbət həllini tapıb. Təbii ki, 100 illik yubileyin keçirilməsində, onun çox yüksək səviyyədə baş tutmasında parlament rəhbərliyinin də böyük rolu, xidməti var. Onlar 100 illik yubileyin yüksək səviyyədə baş tutması üçün əllərindən gələni əsirgəmədilər və nəticədə də bu gün çox möhtəşəm bir hadisə yaşandı. Dövlət başçısı çox məzmunlu, çox əhatəli bir çıxış etdi. AXC-nin yaradılmasını tarixi hadisə adlandıran dövlət başçısı xalqımızın Şərqdə ilk demokratik respublikanın yaradılması ilə fəxr etdiyini bildirdi. Cümhuriyyət dövründə bir sıra dövlət atributlarının təsis edildiyini deyən prezident İlham Əliyev Azərbaycan dövlətinin Cümhuriyyətin və onun qurucularının fəaliyyətini yüksək qiymətləndirdiyini vurğuladı, bu il “Cümhuriyyət İli” çərçivəsində dövlət səviyyəsində bir sıra tədbirlərin keçirildiyini diqqətə çatdırdı. İclasda, eyni zamanda, onlarla ölkənin, o cümlədən, xeyli sayda nüfuzlu beynəlxalq qurumların nümayəndə heyətləri iştirak etdi, bir sıra ölkələrin parlament sədrləri və digər önəmli şəxslər nitq söylədilər, Azərbaycanın uğurlarından danışdılar. Təbii ki, bunlar da hər birimizdə fəxarət və qürur hissi doğurur. Fəxr və qürur hissi keçiririk ki, belə bir ölkənin, belə bir dövlətin və belə bir müdrik dövlət başçısının prezidentlik etdiyi məmləkətin vətəndaşlarıyıq”.
Millət vəkili Jalə Əliyeva da Azərbaycan Parlamentinin 100 yaşının tamam olmasının, eləcə də, onunla bağlı dövlət başçısının iştirakı ilə parlamentin xüsusi iclasının keçirilməsinin unudulmaz və qürurverici hadisə olduğunu söyləyib.
Bildirib ki, istər Azərbaycan Parlamentinin 100 yaşına çatması, istərsə də MM-in 21 senytabr iclası Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunacaq hadisələrdir:
“Təbdir bir az öncə başa çatsa da, hələ də onun cazibəsi, sehri, xoş anları və duyğuları içindəyik. Çünki çox möhtəşəm anlar, hadisələr yaşadıq, yaşayırıq və yaşamaqdayıq. Ümumiyyətlə, bu il Azərbaycan xalqının, dövlətinin tarixində ən gözəl illərdən biridir. İl girəndən bəri dalbadal möhtəşəm hadisələrin, əlamətdar yubliey tarixlərinin şahidiyik. Saymaqla qurtarmaq olmaz. Bugünkü tədbir də məhz belə hadisələrdəndir. Odur ki, hər birimiz bunlarla qürur duymaqla yanaşı, Azərbaycanımızın daha möhkəmlənməsi, daha da çiçəklənməsi üçün var gücümüzlə çalışmalıyıq, öz töhfələrimizi verməyi bacarmalıyıq”.
Etikxeber.az