“…Çox ümid edirəm” – TRAMP MAKRONU BELƏ TƏBRİK ETDİ

ABŞ prezidenti Donald Tramp Emmanuel Makronu Fransa prezidenti seçilməsi münasibətilə təbrik edib.

Etikxeber.az-ın xəbərinə görə, bu barədə Tramp özünün “Tvitter” hesabında yazıb.

“Emmanuel Makronu bügünkü böyük qələbə münasibətilə təbrik edirəm.

Onunla birgə işləməyə çox ümid edirəm”-deyə, D.Tramp yazıb.

Qeyd edək ki, bu gün Fransada keçirilən ikinci tur prezident seçkilərində ölkənin sabiq iqtisadiyya naziri, 39 yaşlı E. Makron qalib gəlib.

Etikxeber.az

Read Previous

Şuşasızlıqdan 25 il keçdi…

Read Next

İslamiada-2017: Bu gün futbol yarışlarına start verilir

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir