“Çox xahiş edirəm ki, bank Şəhidimin zinət əşyalarını qaytarsın, 1600 manatlıq kredit borcunu silsin, eyni zamanda, müvafiq qurumlar, imkanlı şəxslər “Şəhid bulağı”nın tikilməsində bizə dəstək olsunlar”-İKİ ÖVLAD ATASI, İKİ MEDALLI ŞƏHİD VASİF HƏMİDOVUN ANASI NAİLƏ XANIM – FOTOLAR

Vasif Natiq oğlu Həmidov…

1987-ci ilin 4 iyun tarixində Şəki şəhərində dünyaya gəlib…

Ailənin iki oğlan övladından biri, evin böyük oğlu olub…

6 yaşında orta məktəbə gedib, məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb…

Əsgərliyini başa vurduqdan sonra evinə, ailəsinə dönüb…

Müxtəlif sahələrdə çalışıb, fəhlə işləyib…

Əlinin qabarı, alnının təri ilə pul, çörək qazanıb, ailəsinə kömək edib…

Bir neçə il öncə ailə həyatı qurub…

İki övladı-bir oğlu, bir qızı dünyaya gəlib…

İkinci Vətən Müharibəsi başlayan kimi özü könüllü şəkildə döyüşlərə, Vətənin müdafiəsinə atılıb…

Sentyabrın 30-dan oktyabrın 20-nə kimi döyüşlərdə iştirak edib…

Və okytabarın 20-də Tərtər-Ağdərə istiqamətində döyüşlər zamanı ağır şəkildə yaralınıb…

5 gün komada qalıb, həkimlərin səyinə, müdaxiləsinə baxmayaraq, onun həyatını qurtarmaq mümkün olmayıb…

Oktyabrın 26-da gözlərini bu fani dünyaya əbədilik yumub, Şəhidlik məqamına ucalıb…

Bir gün sonra, oktyabrın 27-də isə nəşi Şəki şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılıb…

İki medalla-“Vətən uğrunda” “Suqovaşının azad olunmasına görə” medalları ilə təltif olunub…

Qeyd etdiyimiz kimi, iki övladı Vətənə əmanət qalıb…

Şəhidlik zirvəsinə yüksələn zaman vaxt oğlunun-Ayxanının cəmi 5 yaşı, qızı-balaca Nailə isə cəmi 7 aylıq olub…

Nur içində yatsın-Şəhidimiz!

Məqamı Uca olsun!

Allah ailəsinə səbr və dözüm versin!

***

Bu gün Şəhidimizin anası Nailə xanımla danışdım…

Ona, ailəsinə başsağlığı verdim, onlara Allahdan səbr dilədim…

Şəhid anasının, Şəhid ailəsinin iki xahişi, iki arzusu var…

Birinci xahiş Vasifin adına ehsan, “Şəhid bulağı”nın tikilməsi ilə bağlıdır…

Nailə xanım imkansızlıq üzündən övladına “Şəhid bulağı” tikdirdiyə bilmədiklərini dedi və xahiş etdi ki, bu məsələ ilə Vasifin-Şəhidin ailəsinə köməklik göstərilsin…

İkinci xahiş isə Şəhidin tək qardaşının adına olan 1600 manat məbləğində kreditin bağlanması, bağışlanması ilə bağlıdır…

“Vasif Şəhid olmazdan iki ay əvvəl, 2020-ci ilin avqusunda digər oğlumun adına “Rabitəbank”-ın Şəki filialından kredit götürmüşdük…Bir ayını Vasif özü ödədi…Vasif Şəhid olandan sonra isə cəmi iki ay ödəniş edə bildik…Sonra imkanımız olmadı…Ötən müddətdə də müraciət etmədiyimiz qurum qalmayıb, Şəki şəhər İcra Hakimiyyətində, icra başçısının yanında da olmuşam…Amma bizə kömək edən yoxdur…Onu da deyim ki, banka Şəhidimə məxsus zinət əşyalarını qoymuşuq…Və indi onun-ailəsinin zinət əşayalarının orada qalması bir ana kimi mənə çox ağır təsir edir, ürəyim parçalanır…Ona görə bir daha bankın rəhbərliyindən, eləcə də dövlət qurumlarından xahiş edirəm ki, bu məsələdə bizə kömək etsinlər, həmin pulu-krediti bağlasınlar, Şəhidimin, ailəsinin zinət əşyalarını qaytarsınlar…Eyni zamanda, “Şəhid bulağı”nın tikilməsində bizə mənəvi və maddi dəstək olsunlar…Bir Şəhid anası kimi çox xahiş və rica edirəm”-deyə, Şəhid anası sözlərinə əlavə etdi…

Bəli, indi söz və qərar “Rabitəbank”-ın rəhbərliyinin, eyni zamanda, aidiyyatı dövlət qurumlarının, Şəki Şəhər İcra Hakimiyyətinin və imkanlı iş adamlarınındır…

Gözüyaşlı Şəhid anasının, Şəhid ailəsinin xahiş və arzusunu nəzərə alsınlar, onlara dəstək olsunlar, üzüntüdən, iztirabdan qurtarsınlar…

İnanmaq istərdik ki, belə də olacaq!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Təhsil işçilərinin əməkhaqları-ARTIRILDI – PREZİDENTDƏN NÖVBƏTİ SƏRƏNCAMLAR – YENİLƏNİB

Read Next

Daha 755 yeni yoluxma-DAHA 18 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir