“Çox xoşbəxtik ki, Şuşa Bəyannaməsini təsdiqləmək bizə nəsib oldu”-SAHİBƏ QAFAROVA – MM ŞUŞA BƏYANNAMƏSİNİ TƏSDİQLƏDİ

Milli Məclisin (MM) yaz sessiyasının ilk plenar iclasında “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarılıb.

Etikxeber.az-ın məlumatına görə, müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.

Beləliklə, Milli Məclis “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” 2021-ci il iyunun 15-də Şuşa şəhərində imzalanmış Şuşa Bəyannaməsini təsdiqləyib.

“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi, bu tarixi sənəd Prezident İlham Əliyev tərəfindən parlamentə ratifikasiya üçün göndərilib”.

Bunu isə iclasda sənədi təqdim edən MM-in Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib.

“Bizim ürəyimiz Türkiyə ilə döyünür. Bu, Azərbaycan dövlətçiliyinin ən mühüm sənədlərindən biridir. Bu, regionda yaradılan yeni reallığın qorunması istiqamətində ən mühüm sənəd kimi qiymətləndirilməlidir. Şuşa Bəyannaməsi azad olunmuş Qarabağın, Azərbaycanın gələcəyini təmin edən sənədlərdən biridir”– deyə, S. Seyidov vurğulayıb.

Spiker Sahibə Qafarova öz növbəsində qeyd edib ki, S. Seyidov hər bir deputatın, azərbaycanlının mövqeyini ifadə edib:

“Biz 6-cı çağırış Milli Məclis üzvləri kimi çox xoşbəxtik ki, Şuşa Bəyannaməsini təsdiqləmək bizə nəsib oldu”.

Etikxeber.az

Read Previous

MM-in yaz-hesabatlar sessiyası: SPİKER “SÜLH SAZİŞİ”NDƏN DANIŞDI, FAZİL MUSTAFA MÜXALİFƏTLƏ BAĞLI QANUNUN QƏBULUNU, SİYAVUŞ NOVRUZOV QƏBİRİSTANLIQLARIN BƏLƏDİYYƏLƏRƏ VERİLMƏSİNİ TƏKLİF ETDİ – YENİLƏNİB – (4)

Read Next

Əllini müdrikləşdirən 50 yaşlı-İNSAN! – KAMİL HƏMZƏOĞLU YAZIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir