Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Kabel şəbəkəsi yayımı haqqında” ayrıca bir qanunun olması vacib idi və çox əlamətdar haldır ki, artıq belə bir sənəd bizim müzakirəmizə təqdim edilib.
Etikxeber.az-ın xəbərinə görə, bunu Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədr müavini, professor Jalə Əliyeva adıçəkilən komitənin aprelin 5-də keçirilən iclasında “Kabel şəbəkəsi yayımı haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, qanun layihəsi çox konkretdir, səliqəlidir və birbaşa plenar iclasın müzakirəsinə tövsiyə oluna bilər.
“Qanun layihəsi çox xoşuma gəlidi, çox təmiz, çox səliqəli dildə yazılıb, konkretdir. Eyni zamanda, bir az da təkmilləşdirilməyə ehtiyacı var”-deyə, J. Əliyeva bildirib.