“Çoxkonfessiyalı, çoxmillətli ölkə olaraq Azərbaycanda bütün dinlərin, xalqların nümayəndələri bir ailə kimi yaşayır”- SAHİBƏ QAFAROVA

“Roma Papasının Azərbaycana səfəri çox uğurlu oldu”.

Etikxeber.az bu fikri mətbuata açıqlamasında  Milli Məclisin deputatı, AŞPA-nın komitə sədri Sahibə Qafarova deyib.

S.Qafarova bildirib ki, Azərbaycan növbəti dəfə bütün dünyaya ölkəmizdə olan tolerantlığı və multikulturalizmi nümayiş etdirdi. Onun sözlərinə görə, Roma Papası bütün katolik dünyasının dini lideridir və belə bir şəxsin Azərbaycana səfəri və həm cənab Prezidentlə, həm ictimaiyyətlə görüşü zamanı səsləndirilən yüksək fikirlər və ayrı-ayrı dini qurumların nümayəndələrinin dedikləri hamısı onu göstərir ki, bu səfərə çox yüksək qiymət verilib.

“Prezident İlham Əliyev də görüşdəki çıxışında bu səfərin əhəmiyyətini çox yüksək qiymətləndirərək deyib ki, bu səfərin çox böyük mənası var. Ölkəmiz möhkəm multikulturalizm ənənələrinə malikdir. Azərbaycanda tarixən müxtəlif millətlərin, dinlərin nümayəndələri sülh və əmin-amanlıq şəraitində yaşayıb, xalqımızın inkişafı naminə birgə səylə çalışıblar. Hazırda da çoxkonfessiyalı, çoxmillətli ölkə kimi Azərbaycanda bütün dinlərin, xalqların nümayəndələri bir ailə kimi yaşayırlar”– deyə, S.Qafarova qeyd edib.

Etikxeber.az

Read Previous

“Qarabağ probleminin həlli üçün Almaniya müəyyən təşəbbüslər irəli sürüb” – Aleksander Ulriç

Read Next

“Səfirin keçmişi olmur- əgər səfir Səfirdirsə, KOZlariç deyilsə…”- DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir