Çoxmərtəbəli binada yanğın baş verdi, 30 nəfər təxliyə edildi – SUMQAYITDA

Bu gün Sumqayıt şəhərində çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 56 m² olan 4 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 20 m² sahədə yanıb.

Etikxeber.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, yüksək temperaturdan dəhlizin lambirindən ibarət tavanı 18 m² sahədə əriyib. Yanğın zamanı binadan 30 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə edilib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 08:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Etikxeber.az

Read Previous

Ermənistanda keçirilmiş parlament seçkilərində “exit-poll”un nəticələri açıqlandı

Read Next

Güləşçilərimiz komanda hesabında üçüncü oldu – U-23 Avropa çempionatında

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir