Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Çoxuşaqlı ailə məfhumunun 5-dən 3-ə endirilməsi təklif olunur.
Etikxeber.az xəbər verir ki, bu təklifi Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli səsləndirib.

Komitə sədri MM-dəki ictimai müzakirələrdə çıxışı zamanı qeyd edib ki, buna səbəb müasir dövrdə ailələrdə uşaq sayının kəskin azalmasıdır.
“Bununla bağlı hesab edirəm ki, Azərbaycanda əhalinin təbii artımı 1,2-1,3 olduğu üçün demoqrafik baxımdan problem yoxdur”-deyən, H. Rəcəbli təklif edib ki, Azərbaycana nikaha girənlərə nikah rəsmiləşdirilməsindən əvvəl bir ay vaxt verilsin:
“Həmin bir ay müddətində gənclər üçün VVAQ şöbələrində kurslar təşkil edilsin və onlara ailənin necə olduğu, ailə dəyərləri başa salınsın. Biz nikah məsuliyyətini insanlara yenə də çatdırmalıyıq”-deyə, komitə sədri sözlərinə əlavə edib.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az





