Cüdo üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi axtarışa verildi

Vyana məhkəməsi cüdo üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Peter Zayzenbaherlə bağlı qərarını açıqlayıb.

Etikxeber.az-ın Apasport.az-a istinadən məlumatına görə, ikiqat Olimpiya çempionunun həbsinə qərar verilib.

Pedofiliyada günahlandırılan 56 yaşlı mütəxəssis haqda artıq beynəlxalq axtarış elan olunub. Buna səbəb Zayzenbaherin məhkəmə proseslərinə gəlməməyi və istintaqdan gizlənməsidi.

Qeyd edək ki, Zayzenbaher 2 uşağı – 11 və 13 yaşlı yetirmələri zorlamaqda ittiham olunur.

O, 1990-cı ilin sonlarında 2000-ci ilin əvvəllərində törətdiyi əməllərə görə indi cavab verməli olub.

Etikxeber.az

Read Previous

Əliyev Davosda “Procter and Gamble Europe” şirkətinin prezidenti ilə görüşüb

Read Next

İstanbulda terrakt törətməkdə şübhəli bilinən şəxs saxlanıldı – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir