Cüdoçu Nicat Şıxəlizadə IV İslam Həmrəyliyi Oyunlarının çempionu oldu – FOTO

Mayın 13-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında cüdoçularımız Azərbaycan millisinin aktivinə dördüncü qızıl medalı yazdırıblar.

Etikxeber.az xəbər verir ki, dördüncü qızıl medalı Azərbaycana 66 kiloqram çəki dərəcəsində çıxış edən Nicat Şıxəlizadə qazandırıb.

Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, birinci xanım, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri, eləcə də Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer final qarşılaşmasına baxıblar.

Heydər Əliyev adına İdman Sarayında keçirilən yarışda Nicat Şıxəlizadə finalda Əlcəzair təmsilçisi Houd Zourdani ilə görüşdə rəqibinə ipponla qalib gələrək IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub.

On yeddi yaşında olarkən – 2004-cü ildə Rotterdamda Avropa çempionatının qızıl medalını qazanan N.Şıxəlizadə növbəti il dünya kubokunun qalibi olub. 2005-ci ildə Qahirədə dünya çempionatının bürünc medalına layiq görülən cüdoçumuz həmin il Avropa birinciliyinin qızıl medalını qazanıb. O, həmçinin 2015-ci ildə “Böyük Dəbilqə” turnirinin, 2012-ci, 2014-cü və 2015-ci illərdə isə Qran-Pri turnirlərinin qalibi olub.

Etikxeber.az

Read Previous

Azərbaycanın aktivinə üçüncü qızıl medalı cüdoçu Orxan Səfərov yazdırdı – FOTO

Read Next

Prezident Şıxəlizadəyə qızıl medalı təqdim etdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir