Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Azərbaycan cüdoçusu Bayram Mustafayev (66 kq) “Rio-2016” Yay Paralimpiya Oyunlarında növbəti qələbəsini qazanıb.
Etikxeber.az xəbər verir ki, o, yaponiyalı rəqibi Satoşi Fujimotoya qalib gələrək finala yüksəlib.
Qızıl medal uğrunda görüşdə cüdoçumuzun rəqibi Özbəkistan idmançısı Utkirjon Nigmatov olacaq.
***
Çox təəssüf ki, həlledici görüşdə cüdoçumuz Özbəkistan idmançısı Utkirjon Nigmatova məğlub olaraq “Rio-2016”nın gümüş medalı ilə kifayətlənib. Bununla belə, o, olimpiadada Azərbaycana ilk medal qazandırıb.
Etikxeber.az