Cüdoçumuz “Böyük dəbilqə” turnirinin gümüş medalına sahib oldu – FOTO

Azərbaycan cüdoçusu Elmar Qasımov Bakıda keçirilən “Böyük dəbilqə” beynəlxalq turnirinin gümüş medalını qazanıb.

Etikxeber.az xəbər verir ki, 100 kiloqram çəki dərəcəsində mübarizə aparan Rio Olimpiadasının ikincisi olan E.Qasımov turnirdəki görüşlərinə dörddəbir final mərhələsindən başlayıb.

O, israilli Peter Paltçik ilə qarşılaşmada rəqibindən üstün olaraq yarımfinala vəsiqə qazanıb. Bu mərhələdə komanda yoldaşı Elxan Məmmədovu məğlub edən E.Qasımov yarışların finalına yüksəlib. Həlledici qarşılaşmada idmançımız Niderland cüdoçusu Mixael Korrelə “Qızıl xalla” məğlub olaraq turnirin gümüş medalına yiyələnib.

Etikxeber.az

Read Previous

“Türk olmaq şərəfdi: Bu şərəfi Allah bizə aid edib!” – ƏMƏKDAR ARTİSTDƏN AKADEMİKƏ ETİRAZ

Read Next

“Özlərində olanda buna normal bir hal kimi yanaşılır” – DEPUTATDAN QƏRBƏ İTTİHAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir