Cümhuriyyətimizin daha bir yadigarı-101 yaşlı Azərbaycan Prokurorluğu! – DEPUTAT YAZDI

Bu gün Azərbaycan cəmiyyətinin, bütövlükdə  dövlətimizin və xalqımızın həyatında mühüm rol oynayan strukturlardan, hüquq-mühafizə orqanlarından birinin- Respublika Prokurorluğunun yaranmasının 101-ci ili tam olur.

Düz 101 il öncə, 1 oktyabr tarixində ilk müstəqil Azərbaycan dövlətinin, qurucu, istiqlalçı babalarımızın yaratdığı Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qısa və şərəfli varlığı dövründə  Respublika (Baş) Prokurorluğunun əsası, təməli qoyulub.

İstər həmin dövrdə, istər  71 illik sovetlər dönəmində, istərsə də tarixdə ikinci müstəqilliyimizi yaşadığımız son 28 il ərzində Azərbaycan prokurorluğu, prokurorluq orqanları tarixi və şərəfli bir yol keçib.

Ölkədə cinayətkarlığın qarşısının alınmasında, əsl çinayətkarların tapılıb üzə çıxarılmasında, açkarlanmasında, öz layiqli cəzalarına çatdırılmasında, insan hüquq və azadlıqlarının, qanunçuluğun, əmin-amanlığın təmin olunmasında prokurorluq orqanları və əmkdaşlarının rolu, əməyi, zəhməti, xidmətləri misilsiz və əvəzsizdir. Düzdür, bəzən prokurorluq orqanları və əməkdaşları tənqidlərə, ittihamlara məruz qalsalar da, sonradan da bunların bir çox hallarda həqiqət olmadığı, obyektivliyi əks etdirmədiyi, şəxsi qərəzçilikdən doğduğu üzə çıxsa da, bütövlükdə prokurorluq orqanlarının və onların gecə-gündüz bilmədən çalışan əməkdaşlarının fəaliyyəti yetərincə qənaətbəxş və müsbətdir.

Azərbaycan dövləti, Azərbaycan xalqı da məhz bu cür dəyərləndirir, prokurorluq orqanlarına, onun əməkdaşlarına cinayətkarlığın azadılmasında, cinayətkarların aşkarlanıb cəzalandırılmasında, ölkədə qanunçuluğun, əmin-amanlığın yaranmasında, hüquq sisteminə, ədalətə güvənin artırılmasında daim  etimad, etibar göstərir. Azərbaycan dövləti və xalqı hər zaman öz prokurorluq orqanlarına və onun əməkdaşlarına inanır, güvənir, onun  xalq, dövlətçilik, qanunçuluq naminə fəaliyyətini dəstəkləyir, təqdirəlayiq hesab edir. Təbii ki, bu etibarın, etimadın, inamın kökündə  də konkret fəaliyyət, müsbət əməli iş dayanır. Prokurorluq əməkdaşları bu etibarı, bu inamı doğrultmaq üçün əksəriyyət etibarı səylə, var-gücləri ilə çalışır, fəaliyyət göstərir, hüquqa, ədalətə söykənirlər.

Eyni zamanda, prokurorluq orqanlarının bəzi əməkdaşları ilə bağlı xoşagəlməz məqamlar olanda, aşkarlananda, onlar da dərhal araşdırılır, həm prokurorluq orqanlarının, Baş Prokurorluğun özü, həm də yeri gələndə dövlət başçısı tərəfindən sərt addımlar atılır, işdə nöqsanlara yol vermiş prokurorluq işçiləri cəzalandırılır, digər lazımı ölçülər götürülür. Hamımız da bunun şahidləriyik, hər şey göz qarşısındadır. Prokurorluq orqanlarında şəfafflığın təmin olunması üçün görülən işlər çox müsbət və təqdirolunandır.

Bu işdə baş prokuror cənab Zakir Qaralovun da xidmətləri mütləq qeyd edilməli və vurğulanmalıdır. Onun baş prokurorluğu dövründə prokurorluq orqanları, Respublika Prokurorluğu böyük bir inkişaf mərhələsi keçib, inam, etimad, güvən qazanıb. Hüquq-mühafizə orqanı, ölkədə qanunçuluğun, ədalətin təmin olunmasında böyük bir missiyanı çiyinlərində daşıyan önəmli bir struktur kimi, prokurorluq orqanları, Respublika Prokurorluğu öz fəaliyyətində şəffaflığı, obyektivliyi, ədalətliliyi, qanunçuluğu əsas götürüb, ona riayət və əməl edilməsinə üstünlük verib.  Bu gün də belədir. Bu, faktdır, reallıqdır.

zakir

zakir-qaralov-1

Heç təsadüfi deyil ki, müstəqil Azərbaycan dövlətinin qurucusu və banisi Ulu Öndər Heydər Əliyev illər öncə, 2000-ci ildə  çıxışlarından birində bunları dilə gətirmişdir:

“Mən prokurorluqda işləyən insanların əksəriyyətini sədaqətli və peşəkar işçi hesab edirəm. Təbiidir ki, belə adamlara etimad göstərmək, etibar etmək lazımdır…”.

Hesab edirəm ki, Heydər Əliyev kimi tarixi şəxsiyyətin,  böyük dövlət və siyasət adamın dilindən bu sözlərinin səslənməsi prokurorluq orqanlarına verilən böyük qiymətin və dəyərin, eyni zamamda, onlara olan güvənin, etimadın göstəricisi idi.

Eyni zamanda, 16 illik uğurlu hakimiyyəti dövründə cənab prezident İlham Əliyev daim prokurorluq orqanlarının fəaliyyətinə xüsusi diqqət yetirmiş, onların işini yüksək dəyərləndirmiş,  həmçinin, onlara öz etimadını nümayiş etdirmişdir. O, çıxışlarından birində bunları demişdir:

“Hazırda prokurorluq orqanlarının qarşısında mühüm vəzifələr durur. Əsas məqsədimiz prokurorluğun fəaliyyətinin müasirləşdirilməsi və dövlətçiliyə sadiq, qanunun aliliyinə hörmət edən, sağlam mənəviyyata, geniş dünyagörüşünə, yüksək nəzəri biliklərə malik yeni nəsil prokurorluq əməkdaşlarının formalaşdırılmasıdır. Əminəm ki, Azərbaycan Respublikası Prokurorluğu bu məqsədə çatmaq üçün səylərini davam etdirəcək və qarşısında qoyulan vəzifələri layiqincə yerinə yetirəcəkdir…”.

Bu yerdə onu da deyim ki,  Respublika Prokurorluğun yerlərdəki srukturları, onların rəhbərləri də ölkədə ədalətin, qanunçuluğun təmin edilməsi və möhkəmləndirilməsində əksəriyyət etibarı ilə öz əməli və müsbət fəaliyyətləri ilə seçilirlər. Yəni, bütün stukturlar koordinasiya olunmuş, qarşılıqlı şəkildə bir-birlərinin fəaliyyətlərini davam etdirirlər. Uğurların, müsbət fəaliyyətin kökündə də məhz bunlar dayanır.

xacmaz-19

Azərbaycanın ən böyük bölgələrindən birini-Xaçmaz rayonunu parlamentdə təmsil edən bir millət vəkili şəxsən mən özüm də prokurorluq orqanlarının, o cümlədən, Xaçmaz rayon prokurorluğunun fəaliyətini yüksək qiymətləndirirəm. Hesab edirəm ki, onlar, o cümlədən, Xaçmaz prokurorluğu öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlir. Xüsusilə də, rayonumuzun prokuroru Elxan Əbdürrəhimovun işini, fəaliyyətini çox yüksək qiymətləndirirəm. O, əsl, peşəkar hüquqşünas, öz fəaliyyətində daim ədaləti, hüququ, qanunçuluğu əsas götürən yüksək rütbəli bir prokurorluq əməkdaşıdır. Belə kadrlara, belə prokurorlara doğrudan da, çox ehtiyac var.

Bəli, yuxarıda da qeyd etdiyim kimi, bu gün Azərbaycan Prokurorluğunun yaranmasından 101 il keçir. Bu gün prokurorluq orqanları və əmkdaşlarının peşə bayramıdır. Yəni,  hər il oktyabr ayının 1-də Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşları öz peşə bayramlarını təntənə ilə qeyd edirlər. Mərhum dövlət başçımız Heydər Əliyev Azərbaycan Xalq Cumhuriyyətinin Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanlarının fəaliyyətə başlamasını əsas tutaraq hər il oktyabr ayının 1-ni Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi barədə 17 iyul 1998-ci il tarixli sərəncam imzalayıb və ötən illər ərzində  də prokurorluq əməkdaşları bu günü, 1 oktyabr tarixini peşə bayramları kimi qeyd edirlər.

Odur ki, bu əlamətdar gün, peşə bayramları münasibəti ilə Respublika Prokurorluğunun bütün əməkdaşlarını – başda da baş prokuror cənab Zakir Qaralov olmaqla, təbrik edir, onlara fəaliyyətlərində, ölkədə qanunçuluğun, hüququn aliliyinin təmin edilməsi işində növbəti uğurlar arzulayıram. Peşə bayramınız mübarək olsun, əziz Prokurorluq əməkdaşları!

Eldəniz SƏLİMOV, 

Millət vəkili 

Etikxeber.az

Read Previous

“Təmiz reputasiyama kölgə salmaq istəyənlərin arzusu ürəyində qaldı…” – ÇİNGİZ QƏNİZADƏ QARDAŞLARI İLƏ BAĞLI MƏSƏLƏYƏ AYDINLIQ GƏTİRDİ

Read Next

Elmar Məmmədyarovun atası və bir qrup alim təltif olundu – SƏRƏNCAMLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir