CXP-də Kamal Kılıçdaroğlu “era”sı bitdi-İMAMOĞLU DƏSTƏKLİ ÖZGÜR ÖZEL DÖNƏMİ BAŞLADI…

İstanbul Böyük şəhər Bələdiyyə başqanı Əkrəm İmamoğlunun dəstəklədiyi millət vəkili Özgür Özel Türkiyənin ana müxalifəti sayılan Cumhuriyyət Xalq Partiyasının (CHP) yeni sədri seçilib.

Etikxeber.az xəbər verir ki, o, partiyanın 38-ci qurultayının ikinci turunda 812 səs toplayaraq qalib gəlib.

Onun rəqibi, partiyanın hazırki sədri Kamal Kılıçdaroğlu isə 536 səs toplayıb.

Qeyd edək ki, birinci turda Özgür Özel 682, K. Kılıçdaroğlu isə qurultay nümayəndələrimin 664 səsini toplaya biliblər.

Onu da qeyd edək ki, Ö. Özel bundan əvvəl K. Kılıçdaroğlunun namizədliyinə etiraz olaraq CHP-nin Qrup Başqanı vəzifəsindən istefa verib.

K. Kılıçdaroğlu CHP-yə 13 il ərzində sədrlik edib, lakin onun son Prezident seçkilərində rəqibi Rəcəb Tayyib Ərdoğana növbəti dəfə məğlub olduğuna görə partiya üzvləri tərəfindən istefası tələb olunurdu.

Etikxeber.az

Read Previous

Mingəçevirli Şəhid qardaşlardan Musa Həsənovun-BU GÜN ANIM GÜNÜDÜR…

Read Next

Birinci Vətən Müharibəsi Şəhidi Naməddin İbişovun ailəsinin durumu nəzərə alınacaqmı-ONLAR TƏZƏ, NORMAL ŞƏRAİTLİ EVLƏ TƏMİN OLUNACAQMI? – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir