Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
CXP-də növbədənkənar qurultayın keçirilməsi ilə bağlı çağırış və tələblər səngimək bilmir.
Etikxeber.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, növbədənkənar qurultayla bağlı tələb dünən TBMM-də mətbuat konfransı keçirən CXP Yalova millət vəkili və partiya sədrliyinə sabiq namizəd Muharrem İncə tərəfindən səsləndirilmişdi.
Qeyd edək ki, ona CXP-dən olan digər 13 millət vəkili də dəstək vermişdi.
Həmin millət vəkillərinin kimliyi isə bu gün tam bəlli olub.
Bunlar Biləcik millət vəkili Yaşar Tüzün, Bolu millət vəkili Tanju Özcan, Balıkəsir millət vəkili Namik Havutça, Tekirdağ millət vəkili Emre Köprülü, Bartın millət vəkili Rıza Yalçın, Çanaqqala millət vəkili Bülent Öz, Girəsun millət vəkili Bülent Yener Bektaşoğlu, Burdur millət vəkili Mehmet Göker, Manisa millət vəkili Mazlum Nurlu, İstanbul millət vəkili Yakup Akkaya, Muğla millət vəkili Akın Üstündağ, Zonguldağ millət vəkili Şerafettin Turpçu ilə Edirnə millət vəkili Erdin Bircandır.
Etikxeber.az