Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
TBMM-in “FETÖ və 15 İyul Darbe Girişimini Araştırma Komisyonu”nun hazırladığı ilkin hesabatdakı “Cemil Çiçek və Abdülkadir Aksunun “FETÖ”-nün təlimatı ilə hərəkət etdiyi” iddiasının yer aldığı bölüm, keçən həftə Komisyonun başqanı Reşat Petek tərəfindən açıqlanan son hesabatda özünün əksini tapmayıb.
Etikxeber.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, ancaq hələ ötən ilin dekabr ayında ortaya çıxan komisyonun “ön taslak” (ilkin) hesabatında “FETÖ”-nün qurulma mərhələsindəki çəkirdək kadrosunda yer alan Nurettin Verenin “FETÖ” isimli kitabından bu məqama yer ayrılıbmış:
“Cemil Çiçek, Abdülkadir Aksu, Ali Coşkun, Ali Talip Özdemir Fetullah Gülənin yanına gəlmişlər və “Xocam, siz DYP-yə (Doğru Yol Partiyasına) yaxınsınız… DYP-yəmi girək, yoxsa ANAP-amı”- deyə soruşmuşlardı. Bu insanlar Gülənin təlimatıyla da Tansu Çillərə rəğmən ANAP-a keçdilər…”
TBMM-in əski başqanı C.Çiçek isə bu iddianı “dəli saçması” kimi, qiymətləndirərək bunları deyib:
“ANAP qurulurkən DYP adlı bir partiya yoxdu. Böyük Türkiyə Partiyası vardı, o zaman da nə Tansu Çillər, nə də Özer Çillər müzakirə mövzusuydu. Mənim ANAP-da siyasi fəaliyyət göstərdiyim o illərdə də Ali Talip Özdemir ortada yoxuydu. Bunun indi harasını düzəldim?! Əgər xəyali hekayələr hesabata daxil edilirsə, bu, həmin hesabatı da uğursuzluğa məhkum edir, zəiflədir”.
Etikxeber.az