CXP-nin “vahid namizədi” Akşənər olacaq?!

Türkiyənin ana müxalifət partiyası CXP-nin genəl başqanı Kamal Kılıcdaroğlu 16 referendumunun yekunları ilə bağlı “49-luq “Hayırçı”lar bloku”nu ziyarətə başlayır.

Etikxeber.az-ın Türkiyə medaiasına istinadən xəbərinə görə, bu barədə CXP lideri özü məlumat verib.

Qeyd olunur ki, o, ilk öncə Səadət Partiyasının genəl başqanı  Temel Karamollaoğlu ilə görüşəcək.

Daha sonra isə sabiq vitse-spiker Meral Akşənər və digər “Hayırçı”larla bir araya gələcək.

meral-kilic

Bu arada Türkiyə mediası 2019-cu ilin prezident seçkilərində CXP-nin “vahid namizədi”nin M.Akşənər olacağı haqda xəbər tirajlamaqdadır.

İddialara görə, hətta, Kılıcdaroğlu ilə Akşənər bu barədə ilkin razılığa belə gəliblər.

“Türkiyə” qəzetinin yazarı Fuat Uğur  isə CXP Yalova millət vəkili Muharrem İncənin 2019-cu ildə keçiriləcək cümhurbaşqanlığı seçimləriylə ilgili olaraq “Yeni bir Ekmələddin İhsanoğlunu qaldıra bilmərik”  sözlərini xatırladaraq, bunları yazıb:

“Onların öz namizədləri ilə yüzdə 48,5-in yüzdə 25-ə düşəcəyini hər kəs bilir. Bəs kim olacaq bu “vahid namizəd?” Təbii ki, Meral Akşənər.

Yazın bir kənara. CXP lideri Kamal Kılıcdaroğlu çoxdan qərarını verdi”.

Bu iddialarla bağlı hələlik Kılıcdaroğlu ilə Akşənərdən hər hansı bir cavab-açıqlama gəlməyib.

Etikxeber.az

Read Previous

Yıldırımdan Kılıcdaroğluna “Saray düyməyə basdı” açıqlamasına sərt cavab gəldi…

Read Next

Bülbülün 120 illik yubileyi keçiriləcək – SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir