Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Bu məsələyə münasibət bildirilib – özü də cənab Prezident səviyyəsində. Mən də cənab Prezidentin bütün fikirləri ilə yüz faiz razıyam. Bu, əslində Ermənistana haqq qazandırmaq deməkdir”.
Etikxeber.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında birinci vitse-spiker Ziyafət Əsgərov ABŞ dövlət katibi Con Kerrinin Qarabağ münaqişəsi ilə bağlı məlum açıqlamasına münasibətini bildirərkən deyib.
“Necə yəni, hazır deyillər? İşğala məruz qalan ölkə Azərbvaycandır. Azərbaycan necə hazır olmaya bilər ki, ərazisi işğalçıdan azad olunsun?!
Münaqişənin həllinə hazır olmayan Ermənistandır və bu, əslində Ermənistanın hərəkətlərinə bəraətdir. Dəhşət-faciə burasındadır”-deyə, Z. Əsgərov daha sonra bildirib.
Etikxeber.az