Dəhşətli avtobus qəzası- 1 NƏFƏR ÖLDÜ, 23 NƏFƏR YARALANDI – LƏNKƏRANDA – FOTO – YENİLƏNİB

Bu gün axşam saat 18 radələrində Lənkəran rayonunun Bəliton kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Etikxeber.az xəbər verir ki, “PAZ” markalı sərnişin avtobusunun əyləcində olan nasazlıq səbəbindən nəqliyyat vasitəsi yoxuşdan geriyə gedərək yaşayış evinin həyətinə aşıb.

Avtobusun sürücüsü, 1957-ci il təvəllüdlü Ələmdar Ağayev hadisə yerində ölüb, 23 nəfər isə müxtəlif növ bədən xəsarətləri alıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunublar. Yaralılar təcili tibbi yardım və kənd sakinlərinin maşınlarının köməyilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Xəstəxananın qəbul şöbəsindən verilən məlumata görə, yaralılardan 22 nəfəri travmatologiya şöbəsinə, 1 nəfər qadın isə ağır vəziyyətdə olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

***

Ağır yol qəzası nəticəsində  xəsarət alanların adları da məlum olub.

1949-cu il təvəllüdlü Rəfiqə Ağayeva Miri qızı, 1957-ci il təvəllüdlü Rəisə Sadıqova Canəli qızı, 1957-ci il təvəllüdlü Mirələm Quliyev Baloğlan oğlu, 1964-cü il təvəllüdlü Aytəkin Qasımova İsaq qızı, 1966-cı il təvəllüdlü Adilə Rəhimova Məmmədağa qızı, 1972-ci il təvəllüdlü Südabə Muradova Muxtar qızı, 1972-ci il təvəllüdlü Şölə İbrahimova Filağa qızı, 1974-cü il təvəllüdlü Məryəm Ağayeva Məzahir qızı, 1977-ci il təvəllüdlü Pərvanə Seyfullayeva Vahab qızı, 1978-ci il təvəllüdlü Sevinc Ağayeva Vəliağa qızı, 1981-ci il təvəllüdlü Sevda Yusubova Şirəli qızı, 1982-ci il təvəllüdlü Hafiz Ağayev Allahverdi oğlu, 1983-cü il təvəllüdlü Kifayət Muradova Xeyrulla qızı, 1984-cü il təvəllüdlü Göyçək Əliyeva Mehrəli qızı, 1990-cı il təvəllüdlü Şəfəq Zamanova Cəsail qızı, 1997-ci il təvəllüdlü Milana Cəfərli Qılman qızı, 2001-ci il təvəllüdlü Səbinə Hüseynova Rizvan qızı, 2001-ci il təvəllüdlü Sevgiyyə Ağayeva Əzim qızı, 2004-cü il təvəllüdlü Ülviyyə Ağayeva Əzim qızı, 2006-cı il təvəllüdlü Aycan Yusubova Məhərrəm qızı, 2008-ci il təvəllüdlü Rahim İbrahimov Şamməd oğlu və 2013-cü il təvəllüdlü Yusif Novruzov Zamin oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Etikxeber.az

Read Previous

“Paşinyana sual verirlər ki, övladlarımızın Azərbaycan torpaqlarında nə işi var idi?” – MİLLƏT VƏKİLİ

Read Next

Xankəndi Pedaqoji İnstitutu (Universiteti) bərpa edilsin – DEPUTATDAN TƏKLİF

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir