Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Polşada ukraynalı turistləri daşıyan avtobus aşıb. İnsident nəticəsində 3 nəfər həlak olub, 51 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Etikxeber.az xarici mediaya istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi avqustun 17-də gecə saatlarında Karpatətrafı voyevodalığında, Pşemısl və Sanok şəhərlərini birləşdirən avtomobil yolunda baş verib.
Lvovdan Slovakiya ilə sərhədə doğru ekskursiya avtobusunun yamacdan aşdığı bildirilir.
Qəza zamanı avtobusda 54 nəfər olub. Xəsarət alanlar Pşemısl, Lesko və Sanok şəhərinin xəstəxanalarına çatdırılıb.
Onlardan 9-nun vəziyyəti ciddidir.
Etikxeber.az