Dəhşətli yol qəzası: AZI 17 ÖLÜ

İndoneziyanın Qərbi Yava əyalətində turist avtobusunun 30 metr dərinliyi olan dərəyə aşması nəticəsində azı 17 nəfər həyatını itirib, onlarla insan isə yaralanıb.

Etikxeber.az xəbər verir ki, Sinxua informasiya agentliyinin əyalət polisinə istinadla yaydığı məlumata görə, avtobus “Honda”nın dileri olan “Catur Putra Group” firmasının əməkdaşlarını turistlər arasında populyar olan rayona aparırdı.

İlkin versiyaya görə, qəzaya sürücünün idarəetməni itirməsi səbəb olub.

Polis xəsarət alan şəxslərin hamısının yerli tibb müəssisələrinə çatdırıldığını bildirib.

Etikxeber.az

 

Read Previous

“İnsanlar var ki…” – DEPUTAT

Read Next

Putinin Bakıya gözlənilən səfərindən gözləntilər nədir? – RƏY(LƏR)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir